Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1751
15.11.2021, 20:26
Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Oxu24.com -un məlumatına görə, qərara əsasən, peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib.
Beləliklə, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir. Hər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir. Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:
Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya əsasən, peşə təhsili müəssisələrində təqaüdlər dövlət hesabına təhsil alan tələbələrə təyin edilir. Təqaüd yarımilliklər üzrə imtahanların nəticələrinə görə müəyyən olunmuş məbləğdə verilir. İmtahanların nəticələrinə görə “qeyri-kafi” qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur. Xəstəliyə və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak etməyən şagirdlərə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.
Həmçinin oxu: SON DƏQİQƏ! DİN açıqlama yaydı: Mina partlayışında ölən var
18:46 / 09 Noyabr 2026
21
18:41 / 09 Noyabr 2026
56
18:38 / 09 Noyabr 2026
51
18:31 / 09 Noyabr 2026
65
18:25 / 09 Noyabr 2026
407
18:23 / 09 Noyabr 2026
75
18:14 / 09 Noyabr 2026
79
18:02 / 09 Noyabr 2026
247
17:57 / 09 Noyabr 2026
89
17:56 / 09 Noyabr 2026
70
17:55 / 09 Noyabr 2026
98
17:38 / 09 Noyabr 2026
231
17:36 / 09 Noyabr 2026
120
17:22 / 09 Noyabr 2026
200
17:14 / 09 Noyabr 2026
111
16:56 / 09 Noyabr 2026
932
16:53 / 09 Noyabr 2026
555
16:43 / 09 Noyabr 2026
240
16:37 / 09 Noyabr 2026
189
16:32 / 09 Noyabr 2026
132
16:28 / 09 Noyabr 2026
106
16:25 / 09 Noyabr 2026
362
16:23 / 09 Noyabr 2026
510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.