Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1010
01.11.2021, 22:46
G20 sammiti çərçivəsində Cənubi Qafqazdakı vəziyyət iki görüşdə müzakirə olundu: Ərdoğan-Bayden, Ərdoğan-Makron;
Ərdoğan Bayden və Makrona bölgədəki "3+3" formatından bəhs edib və istisna deyil ki, bunun alternativinin olmadığını da izah edib.
Vaşinqton Ankaranı Cənubi Qafqazda tərəf kimi qəbul edir və münaqişənin həllindən kənarda qaldıqdan sonra ən azı Türkiyənin üzərindən maraqlarının nəzərə alına biləcəyi imkanını gözdən qaçırmır. Bunun fonunda Bakı da Vaşinqtonla münasibətlərə xüsusi önəm verir.
Hərçənd, Baydenin bu bölgədə iki istəyini Ərdoğanla müzakirə etdiyi ehtimalı da var.
Birincisi, Zəngəzur dəhlizidir: ABŞ-ın dəhlizdən şərq ekspedisiyasında, xüsusilə Mərkəzi Asiyaya çıxışda istifadə etmək planı var;
İkincisi, "3+3" formatıdır: ABŞ belə bir formatın yaranmasında maraqlı deyil;
- Bu format Vaşinqtonun bölgəyə müdaxilə imkanını minimuma endirir;
- “Bir kəmər bir yol” layihəsində hab rolunu oynayır və bu, ABŞ-Çin mübarizəsində amerikalıların marağına uyğun deyil;
ABŞ üçün "3+3" formatına qarşı istifadə edə biləcəyi əsas kart Gürcüstan, əlavə kart İrandır:
- Rəsmi Tiflis oyundan kənarda durmağa üstünlük verir, lakin reallıqla hesablaşmalı olduğunu da açıq şəkildə dilə gətirir; Pentaqon rəhbərinin Gürcüstana səfəri Tiflisin siyasi oriyentasiyasını dəyişməməsinə hesablanmışdı;
- Nə qədər düşmən kimi davransalar da bölgədəki reallıqda ABŞ və İranın da maraqlarının uzlaşdığı məqamlar var; bu bölgədə Vaşinqton-Tehran ortaqlığının lobbi qrupları, xüsusilə erməni lobbisi üzərindən həyata keçirildiyi istisna deyil; İranın nüvə danışıqları bu məsələdə həlledici rol oynaya bilər və Vaşinqtonun G20 sammitindən sonra nüvə probleminin diplomatiya yolu ilə həllinin tərəfdar olması haqda açıqlaması da Tehrana ünvanlanmış mesaj xarakteri daşıyır;
Vaşinqton onu da anlayır ki, regional əməkdaşlıq platforması "3+3" formatında olmasa belə, "2+2" formatında reallaşa və bölgədə kommunikasiyanın açılması gələcəkdə digər iki ölkəni – Gürcüstan və İranı da bu formata sövq edə bilər. Bu baxımdan, bölgə üzərində maraqlarının təmin edilməsi üçün Türkiyə ilə münasibətlərə də önəm verir. Ərdoğanın Nyu York görüşündən fərqli olaraq, Roma görüşündən sonra Baydenlə bağlı müsbət açıqlaması tərəflərin bir çox məsələdə olduğu kimi, Qafqazda da anlaşdığı fikrini gücləndirir.
Vaşinqtondan fərqli olaraq, Parisin bölgədə əli daha zəifdir, xüsusilə müharibə vaxtı Bakı ilə körpüləri yandırması indi vəziyyəti Fransanın əleyhinə çevirir. Və Makronun Ərdoğanla Cənubi Qafqazı – "3+3" formatını müzakirə etməsi Fransanın da istəməsə belə bölgədə Türkiyədən böyük ölçüdə asılı olduğunu anlamasından qaynaqlanır.
Hər iki görüş və müzakirələr Vaşinqtonda da, Parisdə də münaqişənin bitdiyi reallığının qəbul edilməsi kimi də qəbul edilə bilər və bu, hələ də gündəmdə saxladıqları Minsk qrupunun yalnız Bakının istədiyi istiqamətdə - postmüharibə prioritetləri çərçivəsində işləyə biləcəyi reallığını da gücləndirir.
Asif Nərimanlı
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.