Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60440
az

Müharibə niyə 44 GÜN ÇƏKDİ? - Qadınlar BELƏ SATILDI - ŞOK

20:4001 Noyabr, 2021
553
ÖZƏL BÖLÜM
  • A

44… Bu rəqəm qarabağ savaşından sonra millətimizə qalibiyyət hissi yaşatsa da, ermənilərlə yanaşı, fransız kişilərinə hələ də utanc yaşadır. Çünki fransızlar 44 günlük müharibələrində sırf məğlub olduqları üçün öz qadınlarını düşmənə satıblar.  

 

Tarixdə baş verən hadisələr ayrı-ayrı xalqlar üçün hansısa bir rəqəmi əbədiləşdirir. Məsələn, 2020-ci ildə 44 rəqəmi Azərbaycan xalqının tarixinə silinməz izlərlə həkk olundu. 44 gün ərzində Azərbaycan ordusu torpaqlarımızı erməni işğalçılarından azad etdi.

Amma rəqəmlər həmişə və hamı üçün qələbə soraqlı olmur. 44 Azərbaycan üçün nə qədər qürurverici bir rəqəmdirsə, ermənilər üçün də bir o qədər məyusedicidir. Bu rəqəm elə fransızlar üçün də olduqca ağrılıdır. Bəlkə də bu səbəbdən fransızlar ermənilərin halına acıyırlar, onları daha yaxşı anlayırlar və dəstək verməyə cəhd edirlər.

II dünya müharibəsində Almaniya Fransanı cəmisi 44 günə (1940-cı il 10 may-24 iyun) işğal edib. Ərazisinin beşdə üç hissəsi almanların nəzarətinə keçdikdən sonra fransızlar təslim olduqlarını bəyan ediblər və kapitulyasiya aktına imza atmağa hazır olduqlarını bildiriblər.

44 günün fransızlar üçün ən böyük ağrılarından biri də fransız qadınları ilə bağlı olub. Bunu fransızların özləri də rəsmi etiraf ediblər. Belə ki, 20 mindən artıq fransız qadını almanlarla əməkdaşlıqda ittiham olunub. Alman hərbçiləri ilə fransız qadınlarının münasibətləri təkcə “əməkdaşlıq”la bitməyib.

İşğal dövründə təkcə Parisdə 31 fahişəxana almanlara xidmət edib. Şəhərdə 5 mindən artıq fahişə müddətli şəkildə alman zabitlərinin ixtiyarında olub, onları əyləndirməklə məşğul olublar. Ümumilikdə 100 minə yaxın fransız qadını öz bədənlərini almanlara satıb.

Fransa işğaldan azad olunduqdan sonra almanlarla yaxınlıq edən qadınlar fərqli bir şəkildə cəzalandırılıblar. Onları evlərindən çıxararaq minlərlə insanın, həmçinin öz doğmalarının, ailə üzvlərinin gözü qarşısında başlarını qırxıblar, bəzi hallarda isə paltarlarını çıraraq alçaldıblar.

Bu cür cəza tədbiri Fransada böyük səs-küyə səbəb olub. Bəzi qadınlar özlərini doğrultmaq, cəzadan yayınmaq üçün həkimdən bakirə olmaları haqqında arayışları özləri ilə gəzdiriblər. Bu arayışların çoxu tanışlıqla alınan saxta sənədlər olub.

Başqırxma cəzasından sonra Fransada pariklərə, qadın şlyapalarına tələbat kəskin surətdə artıb ki, bu da qiymətlərin qalxmasına səbəb olub.

Fürerin Fransa ilə bağlı digər bir qərarı fransızlardan işçi qüvvəsi kimi istifadə etmək olub. Bu qərara əsasən Almaniya bir fransız hərbi əsirini üç fransız mütəxəssisi ilə dəyişib və onlar Almaniyada zavod və fabriklərdə, sənaye müəssisələrində işləyiblər.

Qeyd edək ki, Vermaxt qoşunları 1940-cı ildə 1 milyon 600 min Fransa hərbçisini əsir götürüb.

Hitler canlı qüvvə ilə yanaşı Fransanın ehtiyat anbarlarındakı məhsulları, tikinti materiallarını, ərzaq məhsullarını, texniki avadanlıqları da Almaniyaya daşıtdırıb, Fransa parfümü Almaniyada populyarlaşıb, Fransada olan minlərlə sənət əsəri III Reyx rəhbərlərinin, şəxsən fürerin kolleksiyalarını zənginləşdirib, onların bir hissəsi isə xarici ölkələrə böyük qiymətlərə satılıb.

II dünya müharibəsinin araşdırmaçıları, hərbi ekspertlər, o cümlədən sonralar Almaniyanın siyasi rəhbərliyinə gələnlər də Hitlerin Fransaya qarşı qəddarlığını xüsusilə vurğulayıblar. Almanlar 44 günlük hərbi əməliyyatlardan sonra özlərini Fransada ev sahibi kimi aparıblar, hətta bu ölkənin münbit torpaqlarını da öz aralarında bölüşdürüblər.

Fransanın işğalı Hitlerə xüsusi zövq, güc və ilham verib. Fürer növbəti hədəfini, SSRİ-ni də asanlıqla işğal edəcəyini düşünüb. Amma sovet vətəndaşları, SSRİ rəhbərliyi bütün çətinliklərə baxmayaraq, təslim olmayıblar. Hətta SSRİ-nin 900 gün mühasirədə qalan şimal paytaxtı Leninqrad Parisdən fərqli olaraq sonsuz dözüm və iradə nümayiş etdirib.

Bu və digər faktlardan göründüyü kimi, faşistlər fransızlara böyük amansızlıqla zülm ediblər. Bu məqamda adamı təəccüləndirən fakt isə odur ki, faşist zülmü görən Fransa faşist ideyalarının daşıyıcısı olan Ermənistana qahmar çıxır. Sözsüz ki, söhbət bütün fransızlardan getmir. Hər halda bu məsələdə tarixçilərin üzərinə bir vəzifə düşür, fransızlara 44 rəqəmini xatırlatmaq vəzifəsi...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO