Qaynar xətt:

(+99450) 247 90 86

Dəriniz saralırsa - SƏBƏBİ görün nədir 

Dəriniz saralırsa - SƏBƏBİ görün nədir 

ŞOU-BİZNES

3302

26.06.2021, 18:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

OXU24.COM VİDEO məlumatı təqdim edir:

Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşaiyət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir.Qanda və toxumalarda bilirubinin miqdarı artır.
Sarılıq yaranma səbəbinə görə 3 yerə bölünür.
1.Qaraciyərüstü sarılıq

2.Qaraciyər sarılığı
3.Qaraciyəraltı sarılıq
Əlamətləri.
Əsas əlaməti bütün dəri və selikli qişaların sarı rəngdə olmasıdır.Sarı rəngin intensivliyi açıq sarıdan tutmuş tünd zəfəranı-çəhrayı rəngə kimi ola bilər.Xəstənin sidiyinin rəngi hiperbilirubinemiya nəticəsində tünd-qəhvəyi rəng alir.Nəcisinin rəngi ağ və solğun olur.Xəstələrdə sağ qabirğaaltı nahiyədə ağrı olur.Qızdırma və üşütmə müşahidə olunur.İştah pozğunluğu və nəticədə çəki itkisi olur.