Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
5534
05.05.2020, 16:05
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Oxu24.com Baş Prokurorluğa istinadən xəbər verir ki, Dövlət başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.
Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini 04 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
19:43 / 26 Oktyabr 2026
6
19:17 / 26 Oktyabr 2026
33
19:00 / 26 Oktyabr 2026
52
18:47 / 26 Oktyabr 2026
67
18:36 / 26 Oktyabr 2026
74
18:20 / 26 Oktyabr 2026
80
18:10 / 26 Oktyabr 2026
73
17:45 / 26 Oktyabr 2026
150
17:01 / 26 Oktyabr 2026
107
17:00 / 26 Oktyabr 2026
307
16:58 / 26 Oktyabr 2026
77
16:46 / 26 Oktyabr 2026
88
16:42 / 26 Oktyabr 2026
76
16:30 / 26 Oktyabr 2026
107
16:17 / 26 Oktyabr 2026
111
16:08 / 26 Oktyabr 2026
262
15:57 / 26 Oktyabr 2026
97
15:50 / 26 Oktyabr 2026
316
15:48 / 26 Oktyabr 2026
159
15:44 / 26 Oktyabr 2026
217
15:41 / 26 Oktyabr 2026
101
15:37 / 26 Oktyabr 2026
79
15:34 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.