Hansı evlərə çıxarış verilə bilər? – Yeni qaydalar +video
12 Sentyabr 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1282
07.08.2026, 18:48
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", DİN-dən bildirilib.
21:25 / 12 Sentyabr 2026
32
21:20 / 12 Sentyabr 2026
30
21:14 / 12 Sentyabr 2026
39
21:05 / 12 Sentyabr 2026
1
20:48 / 12 Sentyabr 2026
48
20:40 / 12 Sentyabr 2026
351
20:40 / 12 Sentyabr 2026
57
20:37 / 12 Sentyabr 2026
54
20:30 / 12 Sentyabr 2026
54
20:24 / 12 Sentyabr 2026
153
20:15 / 12 Sentyabr 2026
61
20:03 / 12 Sentyabr 2026
55
19:55 / 12 Sentyabr 2026
73
19:50 / 12 Sentyabr 2026
640
19:29 / 12 Sentyabr 2026
71
18:59 / 12 Sentyabr 2026
64
18:58 / 12 Sentyabr 2026
91
18:54 / 12 Sentyabr 2026
228
18:34 / 12 Sentyabr 2026
81
18:30 / 12 Sentyabr 2026
84
18:20 / 12 Sentyabr 2026
146
18:20 / 12 Sentyabr 2026
90
18:14 / 12 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.