Qaynar xətt:

(+99450) 247 90 86

Bu istiqamətlərə də qatarla gedəcəyik 

Bu istiqamətlərə də qatarla gedəcəyik 

CƏMİYYƏT

67

27.10.2026, 22:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını genişləndirmək məqsədilə qatar parkını yeniləməyə davam edir.

Oxu24.com  xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Oktyabrın 27-də ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında dörd yeni sərnişin qatarının alınmasına dair müqavilə imzalanıb.

ADY-nin sədri Rövşən Rüstəmov bildirib ki, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişindaşımaların mərhələli şəkildə bərpası nəzərdə tutulur.

"Eyni zamanda, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı-Xankəndi marşrutu sərnişinlərin istifadəsinə veriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, yeni qatarlar sərnişinlərə daha rahat və müasir səyahət imkanları yaradacaq. Qatarların hər biri yeddi vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğunda olan qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.

Hər bir qatar 434 oturacaqla təchiz olunacaq. Sərnişinlərə birinci, biznes və standart olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

Müqaviləyə əsasən, qatarların iki il ərzində təhvil verilməsi nəzərdə tutulur.