Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir - Özəl
27 Oktyabr 2026, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
27.10.2026, 20:59
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Oxu24.com xəbər verir ki, bu barədə MKA məlumat yayıb.
İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir:
· Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.
· İkimərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.
· Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.
· QR-kodlara və saxta bildirişlərə qarşı diqqətli olun. “Hesabınız bağlanacaq”, “biznes hesabınızı təsdiqləyin” və ya “dəstək xidməti” adı ilə gələn saxta keçidlərə etibar etməyin, QR-kodları yalnız rəsmi platformalar üzərindən skan edin.
· Tətbiqi və telefonu yenilənməmiş saxlamayın. “WhatsApp” və “WhatsApp Business”i yalnız rəsmi tətbiq mağazalarından quraşdırın, bildirişləri açıq saxlayaraq yeni cihaz bağlantılarına nəzarət edin.
· Biznes hesabına çıxışı ciddi nəzarətdə saxlayın. Yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlayın və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv edin.
· Şübhəli halda dərhal tədbir görün. Müdaxilə şübhəsi varsa naməlum cihazlardan çıxış edin, girişi itirmisinizsə, nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirin və əlaqələrinizi adınızdan gələ biləcək saxta tələblərə qarşı xəbərdar edin.
Unutmayın ki, təkcə ikimərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə də bağlı cihazların ayrıca yoxlanılması mütləqdir.
21:33 / 27 Oktyabr 2026
29
21:14 / 27 Oktyabr 2026
141
21:09 / 27 Oktyabr 2026
57
21:01 / 27 Oktyabr 2026
56
20:40 / 27 Oktyabr 2026
316
20:35 / 27 Oktyabr 2026
56
20:35 / 27 Oktyabr 2026
73
20:27 / 27 Oktyabr 2026
86
20:13 / 27 Oktyabr 2026
73
19:57 / 27 Oktyabr 2026
95
19:39 / 27 Oktyabr 2026
90
19:19 / 27 Oktyabr 2026
211
19:01 / 27 Oktyabr 2026
200
18:54 / 27 Oktyabr 2026
95
18:49 / 27 Oktyabr 2026
492
18:46 / 27 Oktyabr 2026
84
18:41 / 27 Oktyabr 2026
84
18:34 / 27 Oktyabr 2026
90
18:30 / 27 Oktyabr 2026
98
18:23 / 27 Oktyabr 2026
86
18:20 / 27 Oktyabr 2026
90
18:05 / 27 Oktyabr 2026
177
18:05 / 27 Oktyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.