Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
27 Oktyabr 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
84
27.10.2026, 20:27
Bu gün Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə qlobal müstəvidə vacib mesajlar səsləndirərək müharibələrin dayandırılması, sülhün təmin olunması və beynəlxalq institutların mövcud böhranı kimi prinsipial məsələləri gündəmə gətirib. Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər göstərir ki, dünya nizamının pozulduğu bir vaxtda Azərbaycan yalnız regional deyil, həm də qlobal sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas müzakirə platformalarından birinə çevrilib.
İkinci Dünya müharibəsindən sonra planetimizdə baş qaldıran yüzdən çox etno-siyasi münaqişə arasında yalnız Qarabağ münaqişəsinin Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasət və güc nəticəsində tam həllini tapması ölkəmizin yaratdığı presedenti unikal edir. Bu təcrübə uzun illər çətin və kilidləşmiş vəziyyətdə qalan münaqişələrin həlli üçün qlobal geosiyasi mühitdə nümunəvi model kimi dəyərləndirilməlidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev Oxu24.com-a geniş açıqlama verib.
Cavanşir Feyziyev bildirib ki,Vətən Müharibəsindən sonrakı illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin böyük bir qismi məhz dünyada gedən proseslərin, xüsusilə müxtəlif bölgələrdə yer alan münaqişələrin və müharibələrin, ümumiyyətlə mövcud dünya nizamını pozan siyasi və hərbi xarakterli hadisələrin müzakirəsinə həsr olunmuş və bu Forumlarda əsasən dünyada sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində çıxış yolları axtarılmışdır.
Deputatın sözlərinə görə, son 30 ildən çox müddətdə bölgəmizdə baş verən hadisələrin xronologiyası və nəticədə bütün dünyanın çıxılmaz hesab etdiyi kilidləşmiş hərbi-siyasi vəziyyətdən çıxış yolunun məhz Azərbaycan tərəfindən tapılması və tətbiqi bu kimi tədbirlərin Azərbaycanın təşəbbüsü ilə və məhz bizim ölkəmizdə keçirilməsinə kifayət qədər əsas verir:
“2-ci Dünya müharibəsindən sonra planet miqyasında baş qaldıran etno-siyasi münaqişələrin sayı yüzdən çoxdur. Lakin onlardan yalnız biri - Qarabağ münaqişəsi öz həllini tapıb və Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsində əldə edilib. Odur ki, Azərbaycanın etno-siyasi xarakter daşıyan və qlobal miqyaslı geo-siyasi maraqlarla çulğaşan çox mürəkkəb bir münaqişə ilə üzləşmə, müqavimət, müharibə və həll təcrübəsi unikaldır və bu təcrübəni bu günkü qlobal geo-siyasi mühit üçün çox faydalı bir presedent hesab etmək olar”.
Deputat qeyd edib ki, əlbəttə bu presedenti dərindən öyrənmək üçün əvvəlcə münaqişənin tarixini, onu doğuran səbəbləri, münaqişənin latent və qaynar fazaları haqqında ətraflı məlumatları, münaqişənin davam etdiyi bütün dövrlərdə tərəflər arasında aparılmış danışıqların tam məzmununu, vasitəçilərin mövqeyi ilə bağlı məlumatları bütün xırdalıqları ilə öyrənmək lazımdır:
“Lakin aydın məsələdir ki, sadalanan məlumatların heç də hamısı açıq mənbələrdə yoxdur və bəzi xüsusiyyətlər hətta onillərlə qapalı saxlanılmağa məhkumdur. Bununla bərabər dünyada öz həllini gözləyən eyni və ya oxşar xarakterli münaqişələrin də sayı kifayət qədər çoxdur. Odur ki, maraqlı tərəflərin məhz Azərbaycan təcrübəsinə müraciət etməsi tamamilə təbiidir və Azərbaycan Respublikası da bu istiqamətdə fəal iş aparır. Prezident İlham Əliyevin bir çox beynəlxalq tədbirlərdəki çıxışları dövlətlərarası münasibətlərin münaqişə rejimindən qarşılıqlı əməkdaşlıq rejiminə keçirilməsi yollarının araşdırılmasına istiqamət verir.Bu baxımdan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində dövlət başçısının çıxışı da müharibələrin dayandırılması, sülhün təmin olunması və beynəlxalq təşkilatların bu prosesdəki rolu məsələlərini yenidən gündəmə gətirir. Bu gün mövcud olan beynəlxalq siyasi sistemin arxitekturasında yer alan çoxsaylı beynəlxalq təşkilatların mövcud modeldə və mövcud səlahiyyətlər çərçivəsində öz funksiyalarını əvvəlcədən düşünüldüyü kimi icra edə bilməməsi təkzibedilməz faktdır”,- deyə deputat əlavə edib.
Cavanşir Feyziyev diqqətə çatdırıb ki, belə bir reallıqda dünya nizamının yenidən qurulması zərurəti meydana çıxır.
Dünya nizamının təyinatı dünyada sülhün və təhlükəsizliyin təmin olunmasından, dövlətlərarası münasibətlərin konfrontasiya rejimindən qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçidini təşkil etməkdən ibarətdir.
Deputatın sözlərinə görə, bu gün beynəlxalq siyasət mövzusunda araşdırılan ən başlıca sual isə qlobal miqyaslı belə bir transformasiyanın necə və hansı yollarla həyata keçirilə bilməsi ilə bağlıdır:
“Bu suala birmənalı cavab verə biləcək və ya bu transformasiyanı həyata keçirməyin düsturunu işləyib bütün dünyaya təqdim edə biləcək bir dövlət və ya təşkilat tapmaq çətindir. İlk növbədə ona görə ki, 2-ci dünya müharibəsindən sonrakı dövrdə 1963-cü ilin Karib münaqişəsi və 1988-2020-ci illərin Qarabağ münaqişəsi istisna olmaqla dünyanın ən müxtəlif bölgələrində baş qaldırmış digər münaqişələrin heç biri özünün tam həllini tapmayıb. Bu iki münaqişə isə xarakterinə görə bir-birindən çox fərqlidir.
Üstəlik bu gün aydın başa düşülür ki, o zamanı ABŞ - SSRİ münaqişəsi əslində tam həllini tapmayıb və Karib münaqişəsinin davamını bu gün Rusiya-Ukrayna müharibəsində görürük. Qarabağ münaqişəsi isə bu gün dünyada mövcud olan bir çox münaqişələrlə eynilik və ya oxşarlığa malikdir. Deməli, Qarabağ münaqişəsinin həlli dünyadakı bir çox münaqişələrin həlli üçün açar rolunu oynaya bilər. Ona görə də yalnız beynəlxalq siyasət araşdırmaçıları üçün yox, həm də münaqişələrlə üzləşən dövlətlər və bu münaqişələrin çözülməsində faydalı rol oynamağa iddialı olan beynəlxalq institutlar üçün Qarabağ münaqişəsinin bütün detallarını, bu münaqişədə qlobal güc mərkəzlərinin rolunu və Azərbaycanın bu çıxılmaz vəziyyətdən necə qalibiyyətlə çıxdığını öyrənməli və Azərbaycan təcrübəsinə əsaslanaraq dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməlidirlər”.
Çimnaz Telmanqızı
21:14 / 27 Oktyabr 2026
21
21:09 / 27 Oktyabr 2026
35
21:01 / 27 Oktyabr 2026
52
20:59 / 27 Oktyabr 2026
65
20:40 / 27 Oktyabr 2026
273
20:35 / 27 Oktyabr 2026
48
20:35 / 27 Oktyabr 2026
69
20:13 / 27 Oktyabr 2026
65
19:57 / 27 Oktyabr 2026
91
19:39 / 27 Oktyabr 2026
87
19:19 / 27 Oktyabr 2026
205
19:01 / 27 Oktyabr 2026
194
18:54 / 27 Oktyabr 2026
90
18:49 / 27 Oktyabr 2026
477
18:46 / 27 Oktyabr 2026
82
18:41 / 27 Oktyabr 2026
82
18:34 / 27 Oktyabr 2026
88
18:30 / 27 Oktyabr 2026
96
18:23 / 27 Oktyabr 2026
84
18:20 / 27 Oktyabr 2026
89
18:05 / 27 Oktyabr 2026
174
18:05 / 27 Oktyabr 2026
141
18:02 / 27 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.