Qaynar xətt:

(+99450) 247 90 86

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı

İDMAN

60

27.10.2026, 21:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Oxu24.com xəbər verir ki 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib.

Rəqibinə məğlub olan N.Məmmədli gümüş mükafatla kifayətlənib. Azərbaycan güləşçisi 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl mükafata sahib çıxıb.

Bu gün digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb./teleqraf