Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3

SİYASƏT

57

27.10.2026, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Oxu24.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Sabahınız xeyir, xanımlar və cənablar.

Mən VII Forumun bütün iştirakçılarını salamlayıram. Bütün qonaqlarımıza xüsusi salamlar olsun. Azərbaycana xoş gəlmisiniz.

Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir.

Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub.

Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular.

Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.

Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq.

Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir.

Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar.

Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.

Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.

Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik.

Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər.

Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır.

Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır.

Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik.

Nəzərə alınmalı olan digər bir məsələ beynəlxalq təşkilatların qərarlarının icra mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi.

İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı "əziyyət çəkmək" ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir.

Bu, təkcə, məsələn, müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. Qeyd etdiyim kimi, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur.

Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?

Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.

Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir.

Ən azından biz məsələyə belə yanaşırıq. Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik.

Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır. Diqqətinizə sadəcə bir neçə faktı çatdırmaq istərdim.

Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var.

Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə 2028-ci ildə Zirvə Görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Beləliklə bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək. Bu da bizə göstərilən hörməti nümayiş etdirir və bir daha bunun aparıcı qüvvəsi bu günlərdə müzakirə etdiyimiz mövzudur: mədəniyyətlərarası dialoq.

Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı. Bu ay biz AQEM Zirvə Görüşünə ev sahibliyi etdik. Bu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Bu təşkilat demək olar ki, 30 ölkəni birləşdirir və bizim AQEM-də sədrliyimiz yekdilliklə daha iki il uzadılmışdır. Ötən il Azərbaycan Mərkəzi Asiya Məşvərət Formatının tamhüquqlu üzvü kimi dəvət olunmuşdur. Bu format Mərkəzi Asiya ölkələrini birləşdirir. Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq. Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir.

Əlbəttə ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu, - hansı ki, ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır, - qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır.

Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Harada ki, artıq qeyd etdiyim kimi münaqişələr başlayır və heç vaxt bitmir. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq. Əminəm ki, bu və bir çox digər mühüm məsələlər Forumda geniş müzakirə olunacaq.

Bütün iştirakçılara, xüsusilə Bakıya gəldikləri üçün əcnəbi qonaqlara bir daha minnətdarlığımı ifadə edirəm. Bu forumlar iki ildən bir keçirilir və yeganə istisna COVID pandemiyası zamanı olmuşdur, onda müəyyən fasilə yaranmışdır. Lakin indi fəaliyyətimizi yenidən davam etdiririk. Sonuncu - 2024-cü ildə keçirilən Forumu xatırlayıram. O zaman biz qlobal gündəlikdə olan mühüm məsələləri müzakirə etdik. Lakin bu iki il ərzində biz nə qədər çox məsələnin müsbət və mənfi istiqamətdə dəyişdiyini görürük. Mənfilər arasında bizim yaxınlığımızda baş verən yeni müharibələrdir. Müsbətlər arasında Ermənistanla sülhdür, hansı ki, keçən ilin avqust ayında paraflanmışdır və onun paraflandığı yer də çox rəmzi məna daşıyır. O, Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmışdır. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri öz imzalarını atmışdılar, - sülh sazişinə yox, - lakin sənəd Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə paraflanmışdır və üçtərəfli Bəyannamə də imzalanmışdır. Amerika Prezidenti onu şahid qismində imzalamışdır. Beləliklə biz, nəinki ədaləti bərpa etməyə, ərazilərimizi işğaldan azad etməyə, Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz ölkələrinin tarixində heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail olduq, eyni zamanda, Ağ Evdə bunu möhürlədik.

Sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm və Foruma uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Tədbir digər çıxışlarla davam edib.

BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxış edərək dedi: "Zati-aliləri cənab İlham Əliyev, həmişəki kimi ilhamverici öhdəliklər, ideyalar, baxışınıza görə çox sağ olun. Təşəkkür edirik ki, Siz bizi bu çox vacib Foruma dəvət etdiniz. Xanım Leyla Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli din xadimləri, zati-aliləri, mötəbər qonaqlar, əziz dostlar. Yenidən Bakıda olmaq mənim üçün böyük məmnuniyyətdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bizi yenidən bir araya gətirdiklərinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə səmimi təşəkkürümü bildirirəm. BMT Sivilizasiyalar Alyansı UNESCO, ICESCO və BMT-nin Turizm Təşkilatı ilə birlikdə bu mühüm platformaya dəstək vermək istiqamətində Mədəniyyət Nazirliyi ilə uzunmüddətli tərəfdaşlığı davam etdirməkdən qürur duyur. Bu VII Forum 2011-ci ildə burada keçirilən ilk Ümumdünya Forumunun 15 illik yubileyinə təsadüf edir".

Migel Anxel Moratinos Qubada Beynəlxalq Gənclər Forumunun təşkil olunduğunu da bildirdi: "Qubada başlayan tədbir bu gün və sabah Heydər Əliyev Mərkəzində davam etdiriləcəkdir. Bu onu göstərir ki, mədəniyyətlərarası dialoq necə müzakirə mövzusu ola, eyni zamanda, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub xalqları necə birləşdirə bilər".

O, "Bakı Prosesi"nin əməkdaşlığa verdiyi töhfələri vurğulayaraq dedi: "2008-ci ildə "Bakı Prosesi" müxtəlif ölkələrin hökumətlərinin, vətəndaş cəmiyyətlərinin, beynəlxalq təşkilatların nümayəndələrini və gəncləri bir araya gətirmişdi. O vaxt irəli sürülən təkliflər artıq yeni tərəfdaşlıqlara çevrilmişdi. Bu da bizim yeni fəlsəfəmizdir və Azərbaycan tərəfindən sülhün yayılması fəlsəfəsidir. Azərbaycan öz əlini bütün regionda mədəniyyətlərarası əməkdaşlığı inkişaf etdirməyə uzadıb. Bu da VII Forumun əsas mövzularından biridir".

x x x

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: "Mənim üçün çox sevindirici haldır ki, bu gün sizlərlə birgə bu gözəl Bakı şəhərində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm. Mən, ilk növbədə, cənab Prezident İlham Əliyevə qonaqpərvərliyə və yüksək səviyyədə təşkilatçılığa görə öz təşəkkürümü bildirmək istəyirəm. Parçalanan dünyada körpülərin salınması məsələsi əlbəttə ki, olduqca önəmlidir. Təbii ki, bu, dünyada sülhün daha da mükəmməl şəkildə təmin edilməsinə töhfəsini verir və buna görə göstərdiyi səylər üçün Azərbaycana təşəkkürümü bildirirəm.

Hörmətli Prezident və hörmətli iştirakçılar, qeyd etmək istəyirəm ki, Bakı Forumu dünyanın müxtəlif bölgələrindən insanları bir araya gətirib. Biz əlbəttə ki, dünya səviyyəsində sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması üçün əlimizdən gələni edirik və etməliyik. Həqiqətən Azərbaycanda islami dəyərlər və dinlərarası birgəyaşayış olduqca yüksək səviyyədədir. Cənab Prezident, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə İslam Əməkdaşlıq Təşkilatı adından Sizə bir daha təşəkkürümü bildirirəm".

x x x

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirakından məmnunluğunu ifadə etdi. O, "Bakı Prosesi" vasitəsilə dialoqun təşviqinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə minnətdarlığını bildirərək dedi: "VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Sizə qoşulmaq mənim üçün böyük şərəfdir. Çox sevinirəm ki, yenidən bu önəmli Forumda çıxış edirəm. Gözəl qonaqpərvərliyə, eyni zamanda, "Bakı Prosesi" çərçivəsində dialoqun təşviqinə və göstərilən səylərə görə şəxsən Zati-aliləri cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə minnətdaram".

Aleksandr Zuyev dini və mədəniyyət abidələrinin terror hücumlarından qorunmasının vacibliyinə diqqət çəkdi, Azərbaycanın dini irsə və dinlərarası dialoqa verdiyi əhəmiyyəti vurğulayaraq bildirdi: "BMT-nin qlobal proqramı dini və mədəni obyektləri qorumağa kömək edir. Çünki bu təhlükələr çox vaxt icmalardan kənara çıxır, cəmiyyətlərdə qorxu və ayrı-seçkilik yaradır. Ona görə də bu obyektlərin mühafizəsi birgəyaşayış arzusunu və imkanlarını qoruyub saxlamaq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın dini irsə və dinlərarası dialoqa verdiyi önəmi nəzərə alsaq, bu fəaliyyət bu ölkə üçün xüsusilə aktualdır. Terrorçuluqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası arasında daha yaxın əməkdaşlığın gücləndirilməsinə çalışırıq".

x x x

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik "Bakı Prosesi"nin əhəmiyyətini vurğulayaraq dedi: "Prezident İlham Əliyevin "Bakı Prosesi"nə davamlı dəstəyi mədəniyyətlərarası dialoq üçün beynəlxalq miqyasda uzunömürlü bir platforma yaradıb. Bu Forum bizi qarşımızda duran öhdəliyi konkret qərarlara çevirməyə, insan ləyaqətinin qorunmasını təmin edən addımlar atmağa çağırır".

Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın müxtəlif ölkələrdə təhsilin inkişafına verdiyi dəstəkdən də danışdı. O qeyd etdi: "Azərbaycanın dəstəyi bizə imkan verir ki, Suriyada 100-dən çox məktəbi bərpa edək və 10 yeni məktəb tikə bilək. Heydər Əliyev Fondu vasitəsilə biz Burkina-Fasoda və Nigerdə qızların təhsilini dəstəkləyirik".

ICESCO-nun Baş direktoru qurumun texniki missiyalarının Qarabağa və Şərqi Zəngəzura səfərini, işğal nəticəsində orada dağıntıların qeydə alındığını xatırlatdı. O, Heydər Əliyev Fondunun dəstəyi ilə təsis olunmuş ICESCO-Azərbaycan Natəvan Mədəni İrs Mükafatının əhəmiyyətindən də danışaraq bildirdi: "ICESCO-nun Qarabağa və Şərqi Zəngəzura iki texniki missiyası işğal nəticəsində mirasın dağıdılmasının şahidi oldu".

Cənab Prezident, Azərbaycana təşəkkür edirəm ki, bu platformanı yaşadırsınız və dəstəkləyirsiniz. Bu dialoqun müvəffəqiyyəti məhz bununla ölçülür".

x x x

Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveys Azərbaycanın aralarında ciddi fikir ayrılıqları olan ölkələrin nümayəndələrini Bakıda təşkil olunan AQEM Sammitində bir araya gətirməsinə diqqət çəkərək vurğuladı: "Mən cənab İlham Əliyevlə görüşəndə o, müxtəlif ölkələrin nümayəndələrinin eyni masa arxasında bir araya gətirilməsinə toxundu və AQEM Sammiti barədə də danışdı. Qeyd etdi ki, AQEM Asiyada etimadın yaradılması üçün çox vacib platformadır. Əlbəttə ki, razılıq kifayət etmir və ona görə Birgə Bəyannamə də qəbul olundu. Fərqlər var, əlbəttə ki, onlar qalır, amma buna baxmayaraq, ölkələr tərəfindən birlikdə addım atılmışdı. Zati-aliləri cənab Prezident, "Bakı Prosesi" vasitəsilə Azərbaycan həmin o təmkin tələb edən işi, ölkələri, mədəniyyətləri bir araya gətirməyi dəstəklədi. Sizə səmimi-qəlbdən təşəkkürümüzü bildirmək istəyirik ki, bizim üçün görüşməyə, dinləməyə imkan yaratdınız, yer verdiniz. Ümumi əsaslar formalaşdı. Əməkdaşlıq bax, buradan başlayır".

x x x

UNESCO-nun Baş direktorunun müavini Asa Regner rəhbərlik etdiyi təşkilatla Azərbaycanın əməkdaşlığının vacibliyini vurğulayaraq dedi: "Bu gün gözəl Bakı şəhərində bu Forumda iştirak etmək mənim üçün şərəfdir. Mən Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyinizə və Azərbaycanın uzun illər ərzində UNESCO ilə apardığı əməkdaşlığa görə minnətdaram".

O, Bakıda yeni mədəniyyətlərarası rəqəmsal imkanlar təşəbbüsünü təqdim etdiklərini xatırladaraq bildirdi ki, bu, tənqidi düşüncəni, mədəni maarifləndirməni rəqəmsal təhsilə gətirəcək. Bundan başqa, biz sülh vasitəsilə gənclərin cəlb edilməsinə də dəstək göstəririk.

Asa Regner UNESCO-nun bu Forumun mədəniyyətlərarası dialoq platformasına çevrilməsi üçün Azərbaycanla birgə səy göstərdiyini qeyd edərək vurğuladı: "UNESCO əlindən gələni etdi ki, bu Forum mədəniyyətlərarası platformaya çevrilsin. Biz Azərbaycanla və digər ölkələrlə birlikdə buna nail olmağa çalışdıq. Bu gün bu dialoqu konkret tədbirə, hərəkətə çevirmək üçün qarşımızda fürsət var. Bu, bir iddiadır, biz bunu insanlar üçün edirik. UNESCO Azərbaycanla, bütün tərəfdaşlarla işi davam etdirir ki, mədəniyyətlərarası dialoq praktikada sülh və bütün dünyada xalqlar, insanlar üçün yaxşı zəmin olsun".

14:59

"Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi oktyabrın 27-də Bakıda keçirilib.

Oxu24.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Sabahınız xeyir, xanımlar və cənablar.

Mən VII Forumun bütün iştirakçılarını salamlayıram. Bütün qonaqlarımıza xüsusi salamlar olsun. Azərbaycana xoş gəlmisiniz.

Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir.

Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub.

Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular.

Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.

Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq.

Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir.

Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar.

Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.

Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.

Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik.

Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər.

Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır.

Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır.

Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik.

Nəzərə alınmalı olan digər bir məsələ beynəlxalq təşkilatların qərarlarının icra mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi.

İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı "əziyyət çəkmək" ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir.

Bu, təkcə, məsələn, müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. Qeyd etdiyim kimi, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur.

Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?

Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.

Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir.

Ən azından biz məsələyə belə yanaşırıq. Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik.

Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır. Diqqətinizə sadəcə bir neçə faktı çatdırmaq istərdim.

Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var.

Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə 2028-ci ildə Zirvə Görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Beləliklə bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək. Bu da bizə göstərilən hörməti nümayiş etdirir və bir daha bunun aparıcı qüvvəsi bu günlərdə müzakirə etdiyimiz mövzudur: mədəniyyətlərarası dialoq.

Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı. Bu ay biz AQEM Zirvə Görüşünə ev sahibliyi etdik. Bu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Bu təşkilat demək olar ki, 30 ölkəni birləşdirir və bizim AQEM-də sədrliyimiz yekdilliklə daha iki il uzadılmışdır. Ötən il Azərbaycan Mərkəzi Asiya Məşvərət Formatının tamhüquqlu üzvü kimi dəvət olunmuşdur. Bu format Mərkəzi Asiya ölkələrini birləşdirir. Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq. Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir.

Əlbəttə ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu, - hansı ki, ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır, - qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimizi, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır.

Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Harada ki, artıq qeyd etdiyim kimi münaqişələr başlayır və heç vaxt bitmir. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq. Əminəm ki, bu və bir çox digər mühüm məsələlər Forumda geniş müzakirə olunacaq.

Bütün iştirakçılara, xüsusilə Bakıya gəldikləri üçün əcnəbi qonaqlara bir daha minnətdarlığımı ifadə edirəm. Bu forumlar iki ildən bir keçirilir və yeganə istisna COVID pandemiyası zamanı olmuşdur, onda müəyyən fasilə yaranmışdır. Lakin indi fəaliyyətimizi yenidən davam etdiririk. Sonuncu - 2024-cü ildə keçirilən Forumu xatırlayıram. O zaman biz qlobal gündəlikdə olan mühüm məsələləri müzakirə etdik. Lakin bu iki il ərzində biz nə qədər çox məsələnin müsbət və mənfi istiqamətdə dəyişdiyini görürük. Mənfilər arasında bizim yaxınlığımızda baş verən yeni müharibələrdir. Müsbətlər arasında Ermənistanla sülhdür, hansı ki, keçən ilin avqust ayında paraflanmışdır və onun paraflandığı yer də çox rəmzi məna daşıyır. O Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmışdır. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri öz imzalarını atmışdılar, - sülh sazişinə yox, - lakin sənəd Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə paraflanmışdır və üçtərəfli Bəyannamə də imzalanmışdır. Amerika Prezidenti onu şahid qismində imzalamışdır. Beləliklə biz, nəinki ədaləti bərpa etməyə, ərazilərimizi işğaldan azad etməyə, Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz ölkələrinin tarixində heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail olduq, eyni zamanda, Ağ Evdə bunu möhürlədik.

Sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm və Foruma uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Tədbir digər çıxışlarla davam edib.

10:38

Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

10:02

Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.

 Azərbaycan Prezidenti İlham Əliyev çıxış iştirak edir.