Qaynar xətt:

(+99450) 247 90 86

Yəmən ordusu: Bab əl-Məndəb boğazındakı strateji məntəqələr üzərində nəzarət ələ keçirilib

Yəmən ordusu: Bab əl-Məndəb boğazındakı strateji məntəqələr üzərində nəzarət ələ keçirilib

DÜNYA

67

27.10.2026, 22:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yəmən ordusu, Yəmənin cənub-qərbindəki Taiz əyalətinin sərhədində yerləşən Bab əl-Məndəb boğazında strateji nöqtələrə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Oxu24.com xəbər verir  ki,bu barədə  X sosial media platformasında hökumətə bağlı Milli Qalxan qüvvələrinin verdiyi açıqlamada, Bab əl-Məndəb boğazında Amalika Qüvvələri ilə birgə hərbi əməliyyat keçirildiyi bildirilir.

Məlumatda  əməliyyat nəticəsində çoxsaylı təpələrə və strateji mövqelərə nəzarətin ələ keçirildiyi, husilərə itkilər verildiyi və onların sursat anbarlarının məhv edildiyi qeyd olunur.

Aylardır ki, Taizdə hökumət qüvvələri ilə husilər arasında şiddətli toqquşmalar davam edir. Hökumət qüvvələri şəhərin böyük bir hissəsinə nəzarət etsə də, husilər əsas girişləri və əsas nöqtələri nəzarətdə saxlayaraq mühasirəni davam etdirirlər.

Jalə