Ramiz Mehdiyevin hər şeyi əlindən alındı -ŞOK QƏRAR
27 Oktyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
267
27.10.2026, 22:03
Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsində 14 il müddətinə həbs cəzası çıxarılıb. Buna baxmayaraq, onun səhhəti və yaşı nəzərə alınaraq, cəza şərti hesab edilib.
Oxu24.com xəbər verir ki, 88 yaşı olan Ramiz Mehdiyevin əmlakları müsadirə edilib və dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilib. Bu təqdimatın təmin ediləcəyi gözlənilir.
Bəs, Ramiz Mehdiyevin dövlət nəfinə müsadirə edilən əmlakları hansılardır?
Məhkəmə materiallarındakı bu məqam hələ ictimaiyyətə açıqlanmayıb. Amma Ramiz Mehdiyevin mülkləri və sərvəti haqda mediada vaxtaşırı məlumatlar yayılıb. Onlardan bəzilərini xatırlayaq:
1. R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndin Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır.
2. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyevaya (xanımı) adi 892 sot, Kamilə Əliyevaya (qızı) məxsus 240 sot torpaq var.
3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Bu şirkət “Medya FM” radiosunun sahibidir.
4. Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin - “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır.
5. Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən “German Hospital” adı altında fəaliyyət göstərir. “Gandezza” ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.
6. Ramiz Mehdiyevin gəlini Bank BTB ASC-nin əsas səhm sahibidir - 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
7. “Şərq-Qərb” nəşriyyatı Mehdiyevlərə aiddir. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın geniş ərazisi var. Torpağın bir hissəsində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.
“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.
8. R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzlərinə şərikliyi olduğu iddia edilir.
9. Bakının Tiflis prospektində dəbdəbəli villa. Bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu qeyd edilir.
10. Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər ərazilər də daxil olmaqla, ölkənin regionlarında çoxsaylı villalara sahib olması haqda məlumatlar var.
Qeyd edək ki, bu, Ramiz Mehdiyevin mülklərinin xırda hissəsi sayılır. Ümumilikdə R.Mehdiyevin sərvətinin 7 milyard olduğu iddiaları da səslənir.Axar.az
23:04 / 27 Oktyabr 2026
7
22:48 / 27 Oktyabr 2026
40
22:46 / 27 Oktyabr 2026
31
22:44 / 27 Oktyabr 2026
45
22:41 / 27 Oktyabr 2026
48
22:39 / 27 Oktyabr 2026
146
22:37 / 27 Oktyabr 2026
53
22:24 / 27 Oktyabr 2026
75
22:21 / 27 Oktyabr 2026
65
21:55 / 27 Oktyabr 2026
72
21:46 / 27 Oktyabr 2026
71
21:33 / 27 Oktyabr 2026
537
21:14 / 27 Oktyabr 2026
383
21:09 / 27 Oktyabr 2026
81
21:01 / 27 Oktyabr 2026
75
20:59 / 27 Oktyabr 2026
111
20:40 / 27 Oktyabr 2026
462
20:35 / 27 Oktyabr 2026
129
20:35 / 27 Oktyabr 2026
85
20:27 / 27 Oktyabr 2026
104
20:13 / 27 Oktyabr 2026
80
19:57 / 27 Oktyabr 2026
109
19:39 / 27 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.