Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib
20 Aprel 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1569
12.03.2026, 14:09
ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib ki, müharibə tezliklə bitəcək, çünki zərbə vurmaq üçün demək olar ki, heç bir şey qalmayıb. İstənilən vaxt - nə vaxt istəsəm, o vaxt da bitəcək:“Müharibə əla gedir. Biz qrafikdən çox irəlidəyik. Hətta biz əvvəl hesabladığımız “6 həftə ərzində mümkün ziyan”dan daha çox ziyan vurmuşuq”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhət qrupunun rəhbəri Əli Fədəvi isə deyib ki, dünəndən bəri Tramp və amerikalılar atəşkəs üçün səy göstərirlər:” Niyə? Göstərdiyimiz təzyiqə görə, məhz bu, onları bu məsələni ciddi şəkildə nəzərdən keçirməyə sövq edib".
Bəs, prosesə baxdıqda hansı tərəfin öz məqsədinə çatdığını görmək olar? Müdafiəçi İran yoxsa, hücumçu ABŞ və İsrail?
Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı Oxu24.com saytına açıqlama verib.
O, açıqlamasında bildirib ki, müharibənin kimin üstünlüyü ilə bitəcəyini tərəflərin döyüşlərdən əvvəlki hədəflərini analiz etdikdən sonra demək mümkündür.
Bildiyiniz kimi İsrail və ABŞ-ın hədəfi İranın regionda mövqe və nüfuzunu maksimum zəiflətmək , İrandakı hazır ki hakimiyyətin ortadan qaldırmaq, ali dini rəhbər Seyid Əli Xameneyi daxil olmaqla, İranın yüksək vəzifəli şəxslərini aradan götürmək, hakimiyyətə özlərinə yaxın şəxsləri gətirmək, İsrail- ABŞ koalisiyasının əsas hədəfi hesab edilir.
Xüsusən İranın İsrailə qarşı təhlükə mənbəyi olması ilə bağlı vəziyyət dəyişdirilsin. Bu fikir ona görə səslənir ki, İran uzun illərdir qarşısına məqsəd qoyub ki, regionda İsrail adlı dövlət olmamalıdır. İsrail də İranın bu tip açıqlama və çağırışlarını, məqsədini öz varlığı üçün təhdid hesab edirdi. Bunun qarşısını almaq İsrailin əsas vəzifələrindən biri idi.
Məlumdur ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq da Prezident Trampın bəyan etdiyi müharibə məqsədlərindən biridir. Eyni zamanda , məqsədlərdən biri də İranın neft -qaz yataqlarının ABŞ tərəfindən nəzarətə götürməsidir” .
Akif Nağı İsrail və ABŞ fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı genişmiqyaslı əməliyyatı dağıdıcı adlandırıb.
Həmçinin oxuyun
"Əməliyyat zamanı Tehran başda olmaqla ölkənin strateji əhəmiyyətli digər bölgələri İsfahan, Təbriz, Qum kimi iri şəhərləri hədəfə alınıb. Məsələn, İsrail Müdafiə Ordusu İranın İsfahan şəhərində ballistik raketlərin buraxılış meydançalarına və daxili təhlükəsizlik qüvvələrinin qərargahlarına zərbələr endirib, 1300-dən çox insan həlak olub, 9000 nəfər yaralanıb.
ABŞ-İsrail müəyyən nəticələr əldə etdiklərini desələr də , gözlənilməz hallarla da qarşı-qarşıya qalıblar. Beləki, İsrailin İrana qarşı hücumlarından sonra Hörmüz boğazı bağlandı. Bundan sonra körfəzdən dəniz nəqliyyatı rəsmi olaraq dayandırıldı. Daha dəqiq, İran tərəfi boğazı nəqliyyat üçün bağladığını açıqladı və keçməyə cəhd edən gəmilərə qarşı tədbir görüləcəyini bildirdi və bunu edir. Bu da Qərb ölkələrində neftin qiymətinin 30 faiz, qazın qiymətinin isə 50 faiz artmasına gətirib çıxarıb. Yanacağın bahalaşması dünyada böyük narazılığın yaranmasına səbəb olub”.
Siyasətçi onu da bildirib ki, ABŞ və İsrail üçün gözlənilməz nəticələrdən biri İranın rejimi saxlamaq üçün mübarizə aparmasıdır.
"İranın ABŞ hərbçilərinin yerləşdiyi iki əsas bazaya , Ramat-David hərbi aviabazasına, Hayfa hava limanı ərazisinə və Təl-Əvivin şərqində yerləşən raket qurğularına zərbələr endirməsi, regiondakı neft yataqları və terminallarını vurması hələ müharibənin tez bir zamanda bitməyəcəyini deyir. Bu müharibəni analiz etdikdən sonra məlum olur ki heç bir tərəf qarşısına qoyduğu hədəfə çatmayıb. Üstəlik, dünya siyasətçiləri, politoloq və ekspertləri də iddia edir ki, İranın Hörmüz boğazındakı blokadası davam edərsə, ABŞ-ın birbaşa və dolayı itkiləri yüz milyardlarla dolları keçə bilər. Bu nüans ABŞ dərindən narahat edən nüanslardan biri olduğu da qeyd edilir. Odur ki, hələlik hər iki tərəf öz mövqeyində qalıb”-deyə partiya sədri vurğulayıb.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, sionist rejim və ABŞ tərəfindən alovlandırılan bu müharibəni bitirməyin yeganə yolu İranın qanuni hüquqlarının tanınması, vurulan zərərin ödənilməsi və gələcəkdə yeni hücumların olmayacağına dair möhkəm beynəlxalq zəmanətlərin verilməsidir.
Əntiqə Rəşid
00:55 / 22 Aprel 2026
19
00:42 / 22 Aprel 2026
34
00:34 / 22 Aprel 2026
38
23:59 / 21 Aprel 2026
42
23:50 / 21 Aprel 2026
72
23:42 / 21 Aprel 2026
56
23:19 / 21 Aprel 2026
108
23:16 / 21 Aprel 2026
103
23:06 / 21 Aprel 2026
158
22:54 / 21 Aprel 2026
58
22:36 / 21 Aprel 2026
244
22:28 / 21 Aprel 2026
52
22:24 / 21 Aprel 2026
66
22:12 / 21 Aprel 2026
101
22:04 / 21 Aprel 2026
424
21:58 / 21 Aprel 2026
83
21:36 / 21 Aprel 2026
96
21:27 / 21 Aprel 2026
85
21:13 / 21 Aprel 2026
1924
21:08 / 21 Aprel 2026
94
21:05 / 21 Aprel 2026
842
20:49 / 21 Aprel 2026
83
20:22 / 21 Aprel 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.