Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video
25 İyul 2025, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86“87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir” — Rəşid Mahmudovla gündəm MÜSAHİBƏSİ
MÜSAHİBƏ
6565
30.05.2025, 11:38
Ən qorxulu qidalardan biri də çörəkdir - Rəşid Mahmudov
Zaman dəyişir, texnologiyalar inkişaf edir, amma dəyərini saxlayan bir həqiqət var: insan sağlamlığı. O, həyatın bütün mərhələlərində ən böyük sərvət, ən vacib ehtiyac və ən sarsılmaz dəyər olaraq qalır.
Məhz bu vəziyyətdə elmin, təbabətin, xalq biliklərinin və mənəvi dəyərlərin ortaq nöqtəsində dayanan şəxsiyyətlər zamanın ehtiyacına çevrilir. Belə insanlardan biri də hər çıxışı ilə cəmiyyətə güzgü tutan, fikirləri ilə düşündürən, milli təbabəti elmi təhlillə birləşdirən fəlsəfə doktoru Rəşid Mahmudovdur.
Oxu24.com saytının müxbiri Pərvin Şakirqızı Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq və tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovla həmsöhbət olub.
Söhbətimiz zamanı sadəcə tibb və xəstəliklərdən deyil, vicdanla həkim olmağın mənəvi yükündən, Rəşid müəllimin çəkildiyi içki reklamının səbəbindən və digər mövzulardan danışdıq.
Həmin müsahibəni təqdim edirik:
– Rəşid müəllim, müsahibələrinizin birində bildirmişdiniz ki, müsəlman ölkələrində araq içilməməli, onun zavodu və reklamı olmamalıdır. Bəs bu mövqeyinizə baxmayaraq, nə üçün spirtli içki reklamında çəkilməyə qərar verdiniz?
– Düzdür, mən bir müddət əvvəl bir araq firmasının reklamında iştirak etmişəm. Amma bunu təbliğat məqsədilə etməmişəm. Əslində, müsəlman ölkələrində araq zavodları olmamalı, reklamı aparılmamalıdır. Mən yenə də içkinin əleyhinəyəm.
Bəzi xəstəliklər var ki, məsələn taun, onun müalicəsində tibbi spirt istifadə olunur. Amma mənim əsas məqsədim bu deyildi. Mən istədim ki, insanlar zəhərli, padval şəraitində texniki spirtdən hazırlanan içkilərdən uzaq dursunlar. Çünki bu içkilər qaraciyəri, mədəaltı vəzi, böyrəkləri, beyni və bütövlükdə orqanizmi məhv edir.
Düşünürəm ki, 87 yaşımda siqareti tərgidə bildimsə, insanlar da içkini tərgidə bilərlər. Mən heç vaxt içkinin tərəfdarı olmamışam. Amma bir halda ki, bəziləri içir, heç olmasa, zəhərli olanını deyil, təhlükəsiz olanını seçsinlər. Lakin təəssüflər olsun ki, bəziləri bunu düzgün anlamadı.
– Sizin fikirləriniz çox zaman cəmiyyətdə səs-küyə səbəb olur. Bu qədər qətiyyətli bir mövqe sizə haradan gəlir?
– Vicdandan. Əgər insanın içində vicdan varsa, o, haqqı deməkdən çəkinməz. Mən heç vaxt kiminsə xoşuna gəlmək üçün danışmamışam. Nə bilirəmsə, nəyi doğru hesab edirəmsə, onu da deyirəm. Çünki bu millətin dərdi mənim dərdimdir. İllərdir insanlara xidmət edirəm. Artıq nə şöhrətə, nə vəzifəyə ehtiyacım var. Amma bir sözüm var – o sözü demək mənim həm borcumdur, həm də vicdani rahatlığım.
– Rəşid müəllim, bilirsiniz ki, skolioz xəstəliyi yeniyetmələr arasında çox müşahidə olunur. Təəssüflər olsun ki, müalicələr də effektli nəticə vermir. Sizcə bunun səbəbi nədir?
– Skoliozun əsas səbəbi gigiyenik qaydalara əməl olunmamasıdır. Çox zaman bu xəstəlik revmatizmdən qaynaqlanır. Bəzi mikroblar-beta-hemolitik streptokoklar, oynaqlar və fəqərələr arasında yaşayaraq iltihab yaradır. Bu iltihab tədricən fəqərələrin formasını pozur və belin əyilməsinə səbəb olur.
İltihabın əsas əlamətləri – şiş (tumor), qızartı (rubor), istilik (kolor) və ağrıdır (dolor). Sadəcə müalicədən sonra müvəqqəti ağrılar azala bilər. Dəmir vasitəsilə də bağlasan, dəstək versən də əyriliyi düzəldə bilməz, ağrıları isə həmişəlik aradan qaldıra bilməzsən. Əgər bu mikroblar məhv edilməzsə, əyriliyi bərpa etmək mümkün deyil. Müalicəni isə yalnız peşəkar revmatoloq aparmalıdır.
Həmçinin oxuyun
– Müasir tibbdə təbii vasitələrin rolu nə qədər əhəmiyyətlidir və gündəlik qidalarımız nə dərəcədə təbiidir?
– Təəssüf ki, bu gün bazarda “təbii” adı ilə satılan bir çox məhsullar əslində süni qatqılarla zəngindir. Qidaların təbiliyi günbəgün azalır. Buna görə də, insanlar daha çox orqanik, az işlənmiş, yerli məhsullara üstünlük verməlidirlər.
Açıq şəkildə deyə bilərəm ki, qəbul etdiyimiz qidaların çoxu təbii deyil və məhz bu qidalar bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, son illərdə qidalara palma yağı qatılır. Bu, bitki yağı kimi görünsə də, dünya alimləri bu yağın insan qidası üçün uyğun olmadığını bildirirlər. Təəssüf ki, hər il ölkəmizə 50 min ton palma yağı idxal olunur.
– Tibb elmi ilə xalq təbabəti arasında balans necə qurulmalıdır?
– Balans yalnız elmi əsaslarla qurulmalıdır. Hər xalqın nəsildən-nəslə ötürülən təbii müalicə üsulları, reseptləri mövcuddur. Amma bu vasitələrin hər biri müasir tibbin prinsiplərinə uyğun sınaqdan keçirilməli, zərərli təsirləri araşdırılmalıdır. Unutmayaq ki, bu gün istifadə etdiyimiz bir çox dərmanlar da məhz xalq təbabətinin təməlində yaranıb.
Bir neçə il öncə televiziyada çıxış edərək təklif etdim ki, Tibb Universitetinin nəzdində “Xalq təbabəti” fakültəsi yaradılsın. Qədimdə bitkilərdən alınan dərmanların tərkibi bilinmirdi, amma bu gün bu istiqamətdə çox dəqiq elmi analizlər aparmaq mümkündür.
Məsələn, insulin adlı dərman ilk dəfə 1921-ci ildə Bantinq və Best tərəfindən biokimyəvi yolla laboratoriyada hazırlanıb. Tərkibində 51 amin turşusu var. Biri var təbii yolla – heyvandan alınan insulin, biri də var kimyəvi yolla sintez olunan. Bu nümunə göstərir ki, elmlə xalq təbabətinin birləşməsi xəstəliklərin müalicəsində daha effektiv nəticələr verə bilər.
– Sağlam həyat tərzi üçün sadə, amma təsirli üç əsas tövsiyəniz nədir?
Mümkün qədər kənd təsərrüfatı məhsulları ilə qidalanmaq.
Sürətli yeməkdən çəkinmək, doyma hissinə diqqət yetirmək.
Gecə saatlarında yemək vərdişindən uzaq durmaq.
Qazlı içkilər və süni şəkərlərlə zəngin qidalar da sağlamlığa ciddi zərər verir. Ən qorxulu qidalardan biri də çörəkdir. Çünki çörək bağırsaqlara yapışaraq onun düzgün funksiyasına mane olur. Həddindən artıq şirin qidaların qəbulu da tövsiyə olunmur.
– Gənc həkimlərə və tibb tələbələrinə hansı tövsiyələriniz var?
– Vicdanlı və məsuliyyətli olsunlar. Bu tibbin əsas dayağıdır. Əgər bir həkim vicdansızdırsa, o zaman orada səhvlər qaçınılmazdır. Tibb yalnız elmi biliklə deyil, eyni zamanda yüksək insani keyfiyyətlərlə icra olunan bir peşədir. And içiblərsə, ona sadiq qalmalıdırlar.
– Son olaraq, bugünkü gənclərə nə demək istərdiniz?
– Gənclər oxusun, düşünsün, öyrənsin. Sağlam bədəndə sağlam ruh olar. Gənc sağlamdırsa, ailəsinə də, dövlətinə də, cəmiyyətə də fayda verə bilər. Amma sağlamlıq yalnız yemək, içmək, idmanla ölçülmür. Mənəviyyat da sağlamlığın bir hissəsidir. Vicdanlı olun, doğru yaşayın, harama əl uzatmayın. Bu həm sağlam qalmaq, həm də şəxsiyyət kimi bütöv olmaq yoludur.
– Dəyərli insan, hörmətli Rəşid müəllim, uzun müddətdən sonra sizinlə yenidən həmsöhbət olmaq mənim üçün çox xoş oldu. Ayırdığınız zaman üçün təşəkkür edirəm.
– Mən təşəkkür edirəm qızım, yolun həmişə açıq olsun.
21:19 / 31 İyul 2025
Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
48
21:10 / 31 İyul 2025
“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian
15
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
53
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
52
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
56
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
108
14:30 / 31 İyul 2025
Rusiya Afrikaya üz tutdu
60
14:26 / 31 İyul 2025
Azərbaycanda zəlzələ oldu
875
14:20 / 31 İyul 2025
Medvedev Trampla internetdə mübahisə edib
66
14:19 / 31 İyul 2025
Yarışda dəhşət yaşandı: İnsanlar öldülər (18+)
85
14:16 / 31 İyul 2025
Lukaşenkodan səfərbərlik tələbi
62
14:15 / 31 İyul 2025
Qazaxıstan Rusiyanın xidmətlərindən imtina edib
69
14:12 / 31 İyul 2025
Tramp Moskvanın cəza müddətini qısaldıb
60
14:10 / 31 İyul 2025
Sinoptik: Moskvalıları həftənin sonuna qədər qızmar gecələr gözləyir
60
14:05 / 31 İyul 2025
Politico: Tramp AB-dən Rusiya enerjisini almağı dayandırmağı tələb edir
63
13:56 / 31 İyul 2025
Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
300
13:40 / 31 İyul 2025
Litvanın baş naziri istefa verib
66
13:39 / 31 İyul 2025
Attraksion qırıldı: İnsanlar yerə çırpıldı
249
13:29 / 31 İyul 2025
Prezident Fərman İMZALADI
680
13:25 / 31 İyul 2025
İran ABŞ-dən kompensasiya istəyir
62
13:20 / 31 İyul 2025
Lukaşenko ABŞ və Belarus arasında münasibətlərdən danışıb
63
13:15 / 31 İyul 2025
Kanada Fələstini tanımaq istəyir
59
13:05 / 31 İyul 2025
Paşinyanın ofisindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
73
13:00 / 31 İyul 2025
Tanınmış həkim VƏFAT ETDİ
463
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.