Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA
17 Noyabr 2026, 20:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
49
17.11.2026, 20:39
Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması ölkənin qarşıdakı dövr üçün iqtisadi və sosial prioritetlərini yenidən diqqət mərkəzinə gətirib. Parlamentdə keçirilən müzakirələr zamanı əsas diqqət sosial müdafiə tədbirlərinin genişləndirilməsinə, əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və sosial rifahın davamlı olaraq yaxşılaşdırılmasına yönəlib. Qeyri-neft sektorunun inkişafı fonunda dövlət büdcəsinin sosialyönümlü xarakterinin qorunub saxlanılması ölkə iqtisadiyyatının dayanıqlığını göstərən əsas amillərdəndir. Xüsusilə inflyasiya təzyiqləri və qlobal iqtisadi çağırışlar şəraitində həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mərkəzində dayanır. Növbəti ilin büdcə layihəsində nəzərdə tutulan maliyyə resursları vətəndaşların gəlirlərinin artımını təmin etməklə yanaşı, bir sıra sosial ödənişlərin indeksasiyasına da şərait yaradır. Bu istiqamətdə atılan addımlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən mühüm mexanizm kimi qiymətləndirilir. Müzakirələr zamanı səsləndirilən rəqəmlər və proqnozlar gələn il sosial təminat sisteminin daha da güclənəcəyini deməyə əsas verir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Oxu24.com-a açıqlamasında bildirib ki, növbəti ilin büdcəsində sosial xərclərə ayrılan vəsaitin həcmində əhəmiyyətli artım gözlənilir:
"Büdcə layihəsinə görə növbəti ildə cari xərclər üçün büdcənin əhəmiyyətli hissəsi – 26,4 milyard manat cari xərclərə yönələcək və bunun içərisində də əsas xərc maddəsini 18,8 milyard manatla sosial xərclər təşkil edəcək. Sosial xərclərin içərisində həm əmək haqqı ödənişləri, həm eyni zamanda pensiya ödənişləri, sosial müavinət ödənişləri mühüm paya malikdir. Əvvəlki ilin – 2026-cı ilin proqnozları ilə müqayisədə sosial xərc istiqamətində büdcə xərclərinin 9,2 faiz artırılacağı gözlənilir. Bu da təbii ki, ölkənin büdcəsinin əhəmiyyətli hissəsinin sosial xərclərin maliyyələşməsinə yönələcəyini deməyə imkan verir”.
İqtisadçı qeyd edib ki, inflyasiyanın artdığı dövrlərdə dövlətin əhalinin sosial cəhətdən həssas təbəqəsinə diqqətini artırmaq cəhdlərini müşahidə etmək mümkündür:
"Növbəti ilin bu artan sosial xərcləri əsas etibarilə həm artan minimum əmək haqqının təsirlərini özündə əks etdirir. Yəni minimum əmək haqqının artırılmasının maliyyələşdirilməsi üçün büdcədə resurs nəzərdə tutulub. Bundan başqa, növbəti ildə pensiyaların təqribən 7,2% artırılması ilə əlaqədar ehtiyatlar nəzərdə tutulub. Həmçinin yaşayış minimumunun 14 manat artırılması nəticəsində ünvanlı sosial yardım və bu tip xarakterli xərclərin maliyyələşdirilməsi üçün də resurslar mövcuddur”.
Xalid Kərimlinin sözlərinə görə, bunlardan əlavə olaraq bir sıra müavinətlərin, o cümlədən üç yaşına qədər uşağın saxlanılması və uşağın dünyaya gəlməsi ilə əlaqədar birdəfəlik sosial müavinətlərin artırılması istiqamətində də vəsait nəzərdə tutulub:
"Yəni bu istiqamətdə hökumət son illər inflyasiyanın təsirini nəzərə alaraq, həm də eyni zamanda bu sahəyə daha həssas yanaşmasını nümayiş etdirərək büdcədə əlavə xərclər müəyyənləşdirib və bunun maliyyələşdirilməsi üçün ümumi sosial xərclər müqayisəli şəkildə 9,2% artırılacaqdır”.
Çimnaz Telmanqızı
20:23 / 17 Noyabr 2026
43
20:12 / 17 Noyabr 2026
65
19:59 / 17 Noyabr 2026
67
19:51 / 17 Noyabr 2026
68
19:40 / 17 Noyabr 2026
126
19:39 / 17 Noyabr 2026
85
19:28 / 17 Noyabr 2026
506
19:21 / 17 Noyabr 2026
91
19:14 / 17 Noyabr 2026
101
19:09 / 17 Noyabr 2026
97
19:06 / 17 Noyabr 2026
230
18:57 / 17 Noyabr 2026
110
18:55 / 17 Noyabr 2026
111
18:50 / 17 Noyabr 2026
129
18:40 / 17 Noyabr 2026
463
18:38 / 17 Noyabr 2026
110
18:28 / 17 Noyabr 2026
115
18:21 / 17 Noyabr 2026
121
17:59 / 17 Noyabr 2026
112
17:49 / 17 Noyabr 2026
107
16:51 / 17 Noyabr 2026
137
16:34 / 17 Noyabr 2026
140
16:29 / 17 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.