Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO 

Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO 

KRİMİNAL

40

17.11.2026, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.

Oxu24.com-un cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib. Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.