Polad Həşimovun anası evə buraxıldı
17 Noyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
17.11.2026, 21:51
ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov Azərbaycanın aqrar sahədə elmi potensialının inkişafı, tədqiqat institutlarının müasirləşdirilməsi və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal texnologiyalara əsaslanan model üzrə inkişafı istiqamətində görülən işlərdən də bəhs edib. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini diqqətə çatdıran nazir bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal modelinin qurulmasında ABŞ-ın elmi-tədqiqat təcrübəsinin əhəmiyyətli töhfə verə biləcəyini bildirib.
ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vaden iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsi ABŞ tərəfinə təqdim olunub və hazırda sənəd üzərində müzakirələr aparılır.
Stephen Vaden memorandum çərçivəsində biotexnologiyalar, eləcə də heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Bu istiqamətlər üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin aqrar məhsulların ticarətinin genişləndirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər aqrar sahədə əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında memorandum layihəsi ətrafında fikir mübadiləsi aparıblar.





22:08 / 17 Noyabr 2026
1
21:38 / 17 Noyabr 2026
53
21:20 / 17 Noyabr 2026
61
21:11 / 17 Noyabr 2026
75
20:45 / 17 Noyabr 2026
77
20:39 / 17 Noyabr 2026
107
20:23 / 17 Noyabr 2026
98
20:12 / 17 Noyabr 2026
105
19:59 / 17 Noyabr 2026
110
19:51 / 17 Noyabr 2026
112
19:40 / 17 Noyabr 2026
190
19:39 / 17 Noyabr 2026
105
19:28 / 17 Noyabr 2026
782
19:21 / 17 Noyabr 2026
110
19:14 / 17 Noyabr 2026
117
19:09 / 17 Noyabr 2026
116
19:06 / 17 Noyabr 2026
280
18:57 / 17 Noyabr 2026
128
18:55 / 17 Noyabr 2026
127
18:50 / 17 Noyabr 2026
157
18:40 / 17 Noyabr 2026
533
18:38 / 17 Noyabr 2026
123
18:28 / 17 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.