Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp" istifadəçilərinin diqqətinə! Bunu etməyənlər mesaj göndərə bilməyəcək

\\\"WhatsApp\\\" istifadəçilərinin diqqətinə! Bunu etməyənlər mesaj göndərə bilməyəcək

MARAQLI

1595

22.02.2021, 18:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"WhatsApp"ın yeni qaydaları ilə razılaşmayan bütün istifadəçilər yaxın iki həftə ərzində zəng və bildirişlər ala biləcəklər, lakin göndərilən və ya alınan mesajları oxuyub və ya göndərə bilməyəcəklər.

Oxu24.com -un "TechCrunch"a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bildirilir ki, yeni qaydalara keçid 15 mayadək təsdiq edilməlidir. Bu tarixdən sonra "WhatsApp" müvafiq bildirişlər göndərməyə başlayacaq.

İstifadəçilər yeni qaydaları qəbul etmədiyi təqdirdə onların hesabları 120 gün aktiv olmayan müddətdən sonra silinəcək.

Xatırladaq ki, yeni şərtlər istifadəçilər tərəfindən aparılan ödəniş və tranzaksiyalar barədə "Facebook" və "WhatsApp" arasında məlumat mübadiləsinə imkan verəcək.

Messencerin yaradıcıları bunu hədəf reklamlarını daha effektiv qurmaq üçün lazım olduğunu bildirirlər.