"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
762
10.05.2020, 09:41
Bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir.
Oxu24.com -un ATV-yə istinadən məlumatına görə, kardioloq bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmində nikotin əksikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu, çox təhlükəlidir.
Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu, təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir.
Oqtay Musayev - kardioloq: "Siqaret orqanizmin balansını poza bilər. Ən çox qorxduğumuz isə damarlarda spazm verə bilər. Damarlarda spazm verərsə, bu spazm nəticəsində infarkt təhlükəsi qısa müddətdə özünü göstərə bilər. Ani infarktlar yarada bilər. Təbii ki, bu da ani ölümlər, çox ciddi ağırlaşmalara səbəb olur. Siqaretin çoxlu miqdarda çəkilməsi qanın qatılığını daha da artırır, tromblaşmalara səbəb ola bilər".
Həm iftarda, həm də sonrakı saatlarda çox yemək və maye qəbul etmək də orqanizm üçün zərərlidir.
Oqtay Musayev - kardioloq: "Birdən-birə çoxlu miqdarda yemək qəbulu da ani təzyiq qalxmalarına səbəb ola bilər. Xüsusən də ürək problemi olan insanlarda ürək-damar problemlərinin birdən-birə kəskinləşməsinə səbəb ola bilər.
Ona görə də düzgün qidalanma və sağlam qidalanmaya riayət etmək lazımdır".
Həkim həmçinin məsləhət gördü ki, iftarı açandan sonra sulu yeməklər və bol meyvə-tərəvəz qəbul etmək məsləhətdir.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.