İnsan gecə yatmasa nə olar? - Maraqlı fakt
08 May 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1460
09.05.2020, 14:38
ABŞ və Britaniyanın ortaq istehsalı “Çernobıl” seriyalı son günlər bütün dünyanın əsas gündəmini zəbt edib. Cəmi 5 seriyadan ibarət olan “Çernobıl” reytinq rekordları qıraraq, iddialı ekran əsərlərini geridə qoydu.
Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır.
İlk dəqiqələrdə yalnız 40-a yaxın adam dünyasını dəyişdi ki, onların da çoxu yanğınsöndürənlər idi. Amma sonradan zəhərli bulud Asiya və Avropanı sarıdı.
Yanlış olan nə idi?
Mixail Qorbaçov cəmi bir il idi ki, hakimiyyətə gəlmişdi. Nəhəng “Xalqlar həbsxanası”nda siyasi rejim nisbətən dəyişilməkdə idi.
Belə bir zamanda sovet alimləri ucuz enerji qaynaqlarına önəm verirdilər. Bu səbəbdən də SSRİ-nin bir neçə yerində atom enerji stansiyaları inşa edildi. Onların ən sanballısı isə Kiyevin 104 km-də yerləşən Çernobıl AES idi. Çernobıl 2 milyon insanın yaşadığı ərazini enerji ilə təmin edirdi.
25 aprel 1986-cı il… Fəlakətin baş verdiyi gecə növbədə olan Yuri Korneyev və Boris Stolyarçuk gecə onları hansı “sürpriz”i gözlədiyini yəqin ki, xəyallarına gətirə bilməzdilər. Onlardan biri stansiyadakı su nasoslarına, o biri isə həmin nasoslar vasitəsilə reaktora suyu aparan borulara nəzarət edirdi. Çernobılda isə 4 nüvə reaktoru var idi. Həmin gecə Yuri və Borisin rəhbərləri onlara fövqəladə şəraitdə ehtiyat generatorların işlənmə mexanizmini yoxlamaq üçün eksperiment etməyi tapşırmışdı. Amma bu çox təhlükəli bir eksperiment idi. Belə ki, nasoslarda qovulan su yüksək temperaturda buxara çevrilərək reaktora daxil olurdu. Nüvə reaktoru da onu enerjiyə çevirirdi. Ən böyük təhlükə də elə bu nüvə reaktoru-başqa cür isə nüvə enerjisi bloku adlanan qurğu idi.
Gecə saat 00:05… Gənc mütəxəssislər artıq işə başladılar. Lakin onların təcrübəsi 20 dəqiqədən sonra maneə ilə üzləşdi.
Bu zaman işə iki əlavə nasos da qoşuldu. Amma həmin nasoslar borulara suyu çox böyük sürətlə vurdular. Sürətlə vurulan su isə mövcud temperaturda buxara çevrilə bilmirdi. Əməkdaşlar özlüyündə guya çıxış yolunu tapdılar: onlar temperaturu həddindən çox artırmaqla buxarı təmin etdilər.
Elə düşündülər ki, artıq hər şey qaydasındadır. Amma bir neçə saatdan sonra hadisələr fərqli istiqamətdə cərəyan etməyə başladı. Bəşəri fəlakətin təməli qoyuldu. Reaktorlara nəzarət edən Leonid temperaturun ən pik nöqtəyə çatdığını gördü. Reaktorlarla əlaqəli olan xəbərdarlıq siqnalları da yanmağa başladı. Leonid cəld reaktoru dayandırmaq üçün lazım olan düyməni basdı. Lakin artıq iş-işdən keçmişdi. Reaktorun idarəsi sıradan çıxmışdı. Cəmi bir neçə dəqiqədən sonra gecə saat 01:24-də yüksək temperator çox təhlükəli olan 4-cü nüvə reaktorunu partlatdı.
Həmçinin oxuyun
Sovet rəhbərləri bacardıqları qədər bu böyük fəlakəti gizlətmək istədilər. Amma radiasiya buludu təbii ki, onların iradəsi ilə hərəkət etmirdi. Yalnız yaxın ərazidəki stansiya işçilərinin ailə üzvlərinin, eləcə də ümumilikdə 50 min adamın təxliyə edilməsi hələ heç nə deyildi. 1800 helikopter radiasiya əleyhinə 5 min ton kimyəvi maddəni 4 nömrəli reaktora buraxdı.
Lakin onların öldürmək istədiyi radiasiya yüksək doza ilə artıq Avropaya keçmişdi. Bunun ilk fərqinə varan dövlət isə İsveç oldu. İsveçdəki atom elektrik stansiyasının mütəxəssislərindən biri səhər işə gələrkən hər zamankı kimi radiaktiv dozanı ölçən aparatda yoxlanışdan keçdi. Amma nəticəni görər-gərməz heyrətləndi; O, yüksək dozada radiasiyaya yoluxmuşdu. Daha sonra stansiyadakı bütün əməkdaşlar yoxlanışdan keçdi. Hamısı da eyni nəticə ilə qarşılaşdılar. Həmən ciddi addımlar atıldı və yüksək radiasiya buludunun haradan gəldiyi məlum oldu. İsveç daxil olmaqla bir neçə Avropa ölkəsi SSRİ-dən həmən cavab istədilər. Məcbur qalan SSRİ həqiqəti istəməsə də deməli oldu. Artıq bütün Avropa tək SSRİ-nin deyil, onların da problemi olan radiasiyadan danışırdı.
Görünməyən fəsadlar...
Radiaktiv tullantıların ağır fəsadları artıq hamıya məlum idi. Yüksək radiasiyaya sahib olan bu tullantılar üstündən 33 il keçməsinə baxmayaraq bu gün də öz fəsadlarını göstərməkdədir. Qeyd edək ki, faciə zamanı 7000-ə yaxın insan öldü, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropanı dolanmaqdadır.
Amma o zaman alimləri düşündürən əsas məsələ partlayışın baş verdiyi 4-cü reaktorun altındakı su təbəqəsinin zəhərlənmə ehtimalı idi. Əgər həmin su zəhərlənərdisə bu artıq o sudan istifadə edən on minlərcə evdəki insanların radiasiyaya tutulması demək idi. O səbəbdən də reaktorun altında şüalanmanın suya keçməməsi üçün 2 ton ağırlığından beton sədd atırlar.
Bundan sonra isə bütün ərazini dörd bir tərəfdən beton hasarlarla hörmək tapşırılır. Amma hətta radiasiyanın “qarşısını almaq üçün” araq içməyi məsləhət görən sovet alimləri də düşünürdülər ki, partlayış nəticəsində ətrafa səpələnən yüksək radiasiyalı radioaktiv tullantılar təmizlənməsə zəhərlənmə daha da arta bilər. Bunun üçün isə sovet ordusundan istifadə edirlər. General Tarakanovun rəhbərliyi ilə radiasiyanın mərkəzinə ittifaqın ayrı-ayrı yerlərindən olan əsgərlər göndərilir. Hətta general Tarakanov da ona “ən cəsur general” deyərək şüanın mərkəzinə göndərən rəhbərlərə etiraz edir. “Ora göndərdiyiniz əsgərdir, yoxsa robot ?!“ deyərək sual verir. Lakin sovet rəhbərləri guya insaflı davrandılar. Onlar minlərlə əsgərin hər birinin yalnız 3 dəqiqə şüalanma ərazisində işləməsi qərarını verdilər. Yəni hər bir əsgər qrup halında 3 dəqiqə müddətində radiaktiv tullantıların olduğu əraziyə gedəcək və oraları təmizləyəcək. Amma düşünməmişdilər ki, nəinki 3 dəqiqə, hətta 3 saniyə belə radiasiyaya tutulmaq üçün bəs edir. Odur ki, həm o zaman, həm də qarşıdakı illərdə minlərlə Çernobıl əsgəri dünyasını dəyişdi. Onların arasında 129 azərbaycanlı əsgər də olub. Hamısı da sözsüz da müxtəlif dərəcəli şüalanmaya məruz qaldılar.

20:52 / 08 May 2026
1
20:48 / 08 May 2026
24
20:36 / 08 May 2026
26
20:18 / 08 May 2026
40
20:07 / 08 May 2026
47
19:48 / 08 May 2026
53
19:39 / 08 May 2026
126
19:29 / 08 May 2026
74
19:16 / 08 May 2026
77
19:05 / 08 May 2026
219
18:57 / 08 May 2026
69
18:42 / 08 May 2026
226
18:38 / 08 May 2026
77
18:29 / 08 May 2026
77
18:19 / 08 May 2026
249
18:05 / 08 May 2026
194
17:55 / 08 May 2026
181
17:45 / 08 May 2026
67
17:35 / 08 May 2026
58
17:25 / 08 May 2026
59
17:15 / 08 May 2026
592
17:10 / 08 May 2026
68
16:56 / 08 May 2026
439
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.