"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1063
07.05.2020, 20:09
İmam Əli ibn Əbu Talibə (ə) Peyğəmbər (s) tərəfindən tapşırıldı ki, bazara getsin və Peyğəmbər (s) üçün bir köynək alsın. O həzrət getdi və 12 dirhəmə bir köynək alıb gətirdi. Peyğəmbər (s) soruşdu: "Bunu neçəyə aldın?"
-12 dirhəmə.
-Bunu bir o qədər də bəyənmirəm və bundan ucuz köynək istəyirəm. Görəsən satıcı köynəyi geri qaytararmı?
-Bilmirəm, ya Rəsuləllah!
-Get gör, geri almağa razıdırmı?
İmqm Əli (ə) köynəyi götürüb bazara qayıtdı və satıcıya buyurdu: "Allahın Peyğəmbəri bundan ucuz köynək istəyir. Sən bizim pulumuzu qaytarıb köynəyi geri almağa razısanmı?"
Satıcı qəbul etdi və İmam Əli (ə) pulu alıb Peyğəmbərin (s) yanına qayıtdı. Bu zaman Peyğəmbər (s) İmam Əli (ə) ilə birlikdə bazara getdi və bazarda bir kənizin ağladığını gördü. Peyğəmbər (s) yaxınlaşıb kənizdən soruşdu: "Niyə ağlayırsan?"
-Dörd dirhəm verib məni bazarlıq etməyə göndərdilər. Bilmirəm, necə oldusa, pulu itirdim. İndi evə qayıtmağa qorxuram.
Peyğəmbər (s) özündə olan 12 dirhəmdən 4 dirhəm kənizə verib buyurdu: "Nə almaq istəyirdinsə al və evə qayıt."
Həzrət özünə də 4 dirhəmə bir köynək alıb əyninə geydi. Qayıdarkən, əynində köhnə paltar olan bir şəxs gördü, köynəyi əynindən çıxarıb ona verdi. Yenidən bazara qayıtdı və 4 dirhəmə başqa bir köynək alıb geyindi və evə tərəf yollandı. Yolda yenə də həmin kənizi gördü ki, nigaran və qəmgin oturub. Buyurdu: "Niyə evə getmədin?"
-Ya Rəsulullah, çox gecikmişəm, qorxuram bu qədər gecikdiyim üçün məni döyələr.
-Gəl birlikdə gedək, evinizi mənə göstər, mən vasitəçilik edim ki, səni incitməsinlər.
Peyğəmbər (s) kənizlə birlikdə yola düşdü. Evin qapısına çatdıqda, kəniz dedi: "Bu evdir."
Peyğəmbər (s) qapının arxasından uca səslə səsləndi: "Ey ev sahibi, salaməleyküm!" Cavab eşitmədi, ikinci dəfə salam verdi, yenə cavab gəlmədi. Üçüncü dəfə salam verdikdə, cavab verdilər: "Əssəlamu əleykum ya Rəsuləllah və rəhmətullahi və bərəkatuh."
-Niyə ilk dəfədə cavab vermədiniz? Yoxsa, mənim səsimi eşitmirdinizmi?
-Elə ilk dəfə eşitdik və bildik sizsiniz.
-Cavabı gec verməyinizin səbəbi nə idi?
-Ya Rəsuləllah, sizin salamınızı təkrar eşitməkdən xoşumuz gəldi. Sizin salamınız evimizin əhli üçün bərəkət və salamatlıqdır.
-Sizin bu kəniz gecikib və mən bura gəldim sizdən xahiş edim ki, onu tənbeh etməyəsiniz.
-Ya Rəsuləllah, sizin qədəmlərinizin xatirinə bu kəniz bu andan etibarən azaddır.
Peyğəmbər (s) buyurdu: "Allaha şükür, o 12 dirhəm nə bərəkətli idi?! Libasa ehtiyacı olan ikinci bir şəxsi geyindirdi və bir qulu azad etdi."
Nəticə:
-Qənaətlə möhtaclara yardım etməyi unutmayaq;
-Peyğəmbər (s) və Əhli-beytin (ə) müqabilində ədəb və ehtiyamı unutmayaq;
-Başqalarının evinə daxil olmamışdan qabaq icazə almağı unutmayaq.
("Biharul-ənvar", c.6, "Peyğmbərin əxlaqı, sirəsi və sünnəsi" bölümü; "Məcmueyi-asar", Ayətullah Şəhid Mürtəza Mütəhhəri, c.18, səh.371.)
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.