Torpağı qoyun yunu ilə örtməyə başladılar
07 Noyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
661
22.07.2026, 12:50
Müasir smartfon bazarında bir çox istifadəçiləri düşündürən əsas suallardan biri də budur: Niyə baha və flaqman telefonlar ucuz modellərlə müqayisədə enerjini daha az saxlayır? Oxu24.com xəbər verir ki, bu sualın cavabı yeni nəsil silikon-karbon batareya texnologiyasında və nəhəng şirkətlərin risk risk idarəetmə siyasətində gizlənir.
Silikon-karbon batareya texnologiyası nədir?
Texnologiya tarixinin son möcüzələrindən sayılan silikon-karbon batareyalarda ənənəvi qrafit əvəzinə silikondan istifadə olunur. Bu yenilik eyni ölçülü batareyaya daha çox enerji tutumu sığdırmağa imkan verir.
Böyük brendlərlə rəqabətdə üstünlük qazanmaq və alıcılara daha cazibədar təklif təqdim etmək istəyən nisbətən kiçik smartfon istehsalçıları məhz bu silikon-karbon batareyalardan istifadə etməyə üstünlük verirlər.
Apple və Samsung niyə bu texnologiyaya keçmir?
Sual olunur: Əgər bu texnologiya eyni tutumda daha çox enerji saxlayırsa, nə üçün "Apple" (iPhone) və "Samsung" kimi flaqman istehsalçıları hələ də ənənəvi batareyalardan istifadə edirlər?
Məsələ burasındadır ki, silikon-karbon batareya texnologiyasının çox ciddi riskləri var:
•İsinmə və Genişlənmə (Partlama Riski): Bu batareyalar şarj edilərkən ciddi şəkildə isinir və genişlənir. Şirkətlər bu genişlənmənin qarşısını almaq üçün batareya daxilindəki silikon-karbon hissəni bərk materiallarla sıxırlar. Lakin bu sıxılma batareyanın isinməsi və genişlənməsi zamanı partlama riskini dəfələrlə artırır. İstehsal olunmuş milyonlarla cihazdan birinin belə partlaması böyük brendlərin nüfuzuna bərpaolunmaz zərbə vura bilər.
•Tez Köhnəlmə: Silikon-karbon batareyalar ənənəvi batareyalara nisbətən daha tez köhnəlir. Cəmi 2-3 il istifadədən sonra onların enerji tutumu kəskin şəkildə aşağı düşür.
Məhz bu səbəbdən "Apple", "Samsung" kimi nəhəng korporasiyalar yüksək riskli yeniliklər yerinə, istifadəçilərə daha təhlükəsiz, uzunömürlü və sınanmış ənənəvi batareya texnologiyalarını təqdim etməkdə maraqlıdırlar.
17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.