Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
28 Sentyabr 2026, 08:31
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
529
09.07.2026, 16:58
Bu gün yastıq dedikdə bədənimizin rahatlığını təmin edən, yumşaq, pambıq və ya ortopedik bir əşya gözümüzün önünə gəlir. Lakin yastığın tarixi təsəvvür etdiyimizdən qat-qat fərqli və maraqlıdır. Sən demə, min illər əvvəl yastıqlar rahatlıq yox, tamam başqa məqsədlər üçün istifadə olunub.
Oxu24.com xəbər verir ki, arxeoloji və tarixi faktlar göstərir ki, ilk yastıqlar min illər əvvəl Qədim Misir ərazisində meydana gəlib. Lakin bu yastıqlar indikilər kimi yumşaq deyildi. Onlar daşdan, ağacdan və ya fil sümüyündən hazırlanır, insanlar başlarını bu sərt cisimlərin üzərinə qoyaraq yatırdılar. İlk baxışdan bu çox narahat görünsə də, əsl məqsəd tam fərqli idi.Qədim misirlilər inanırdılar ki, insanın başı ruhun ən vacib hissəsidir və onu qorumaq lazımdır. Yatarkən başı yerdən hündürə qaldırmaq insanı həm pis ruhlardan, həm də qum, həşərat və ilan kimi təhlükələrdən uzaq tuturdu. Yəni yastıq o dövrdə bir növ müdafiə aləti rolunu oynayırdı.Yastıq anlayışı təkcə Misirdə deyil, Mesopotamiya bölgəsində də geniş yayılmışdı. Orada varlı insanlar daş yastıqlardan istifadə edirdilər. Maraqlıdır ki, Mesopotamiyada yastıqların sayı həm də sosial status göstəricisi hesab olunurdu. Kimin daha çox yastığı var idisə, o, daha varlı sayılardı.
Zaman keçdikcə bu mədəniyyət Qədim Çin və Qədim Yunanıstana da keçdi. Xüsusilə Çində yastıqlar keramika, bambuk və hətta bürüncdən hazırlanırdı. Çinlilər inanırdılar ki, çox yumşaq yastıq insanın enerjisini zəiflədir, buna görə də sərt yastıqlar daha sağlam hesab edilirdi.Yalnız Orta Əsrlərdə insanlar yuxu zamanı rahatlığın da vacib olduğunu anladılar. Bu dövrdə yastıqlar artıq parça ilə örtülməyə, içi isə saman, yun və ya lələklə doldurulmağa başlandı. Bu dəyişiklik yastığı bugünkü formasına daha da yaxınlaşdırdı.
Bu gün biz yaddaş köpüklü və ortopedik yastıqlarda rahat yuxunun dadını çıxararkən, min illər əvvəl insanların sözün əsl mənasında başlarını daşa qoyub yatdıqlarını düşünmək yastığın dəyərini bir daha ortaya qoyur.
13:24 / 28 Sentyabr 2026
4
13:09 / 28 Sentyabr 2026
93
12:58 / 28 Sentyabr 2026
44
12:55 / 28 Sentyabr 2026
44
12:37 / 28 Sentyabr 2026
55
12:32 / 28 Sentyabr 2026
56
12:22 / 28 Sentyabr 2026
47
12:18 / 28 Sentyabr 2026
51
12:13 / 28 Sentyabr 2026
1211
12:00 / 28 Sentyabr 2026
47
11:54 / 28 Sentyabr 2026
73
11:40 / 28 Sentyabr 2026
60
11:31 / 28 Sentyabr 2026
147
11:27 / 28 Sentyabr 2026
162
11:23 / 28 Sentyabr 2026
60
11:20 / 28 Sentyabr 2026
179
11:15 / 28 Sentyabr 2026
56
11:13 / 28 Sentyabr 2026
55
11:00 / 28 Sentyabr 2026
62
11:00 / 28 Sentyabr 2026
60
10:57 / 28 Sentyabr 2026
64
10:55 / 28 Sentyabr 2026
51
10:37 / 28 Sentyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.