Qaynar xətt:

(+99450) 247 90 86

Mətbəxdə əsla stəkanları belə düzməyin 

Mətbəxdə əsla stəkanları belə düzməyin 

MARAQLI

95

25.05.2026, 22:27

İllərdir bir çox insan mətbəxdəki şkafa stəkanları gigiyenik olsun deyə ağzı aşağı düzür. Amma bunun bilinməyən zərərləri var imiş.

 

Oxu24.com  xəbər verir ki, bəzi mütəxəssislər bu üsulun həm sağlamlıq, həm də stəkanların uzunmüddətli istifadəsi baxımından zərərli olduğunu deyir.

 

Qeyd edilir ki, stəkanları şkafa ağzı aşağı düzəndə qabın içərisində hava sirkulyasiyası pozulur və bu da zamanla stəkanda rütubət yığılmasına və qoxuya səbəb olur. 

 

Şüşə stəkanların ən həssas hissəsi ağzıdır. Stəkanın bütün ağırlığının bu incə xəttə düşməsi mikro çatlara və "uçuq"lara səbəb ola bilir. 

 

Digər tərəfdən şkaf rəfləri qablar qədər tez-tez və dərindən təmizlənmir. Stəkanların birbaşa rəfin səthi ilə təmasda olması maye içdiyimiz hissələrin toz və ya qalıntılarla qarşılıqlı əlaqəyə girməsinə səbəb ola bilər.

 

Mətbəx personalları stəkanları ağzı yuxarı baxacaq şəkildə rəflərə düzməyi məsləhət görür.

Beləliklə stəkanı daha steril və uzunömürlü edə bilərsiniz./ölkə.az