Məhərrəm ayı nə vaxt başa çatır?
05 İyul 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
25.05.2026, 21:47
Azərbaycan pasportuna "VİZA" SƏDDİ! Avropa səfirliklərində vətəndaşlarımızın qarşılaşdığı haqsızlıq — Hüquqşünasdan REAKSİYA
Müasir dünyada dövlətlərin sərhədləri təkcə coğrafi xətt deyil. Viza rejimi artıq siyasi etimadın, iqtisadi gücün, diplomatik nüfuzun və ən əsası, vətəndaşa verilən dəyərin göstəricisinə çevrilib. Bu səbəbdən də bir Azərbaycan vətəndaşının və ya bir çox postsovet və türk ölkələri sakinlərinin Avropa dövlətlərindən viza almaq prosesində qarşılaşdığı çətinliklər təkcə texniki prosedur deyil — bu, insan ləyaqəti və beynəlxalq münasibətlərin aktual problemidir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramov viza siyasətindəki gizli bərabərsizliyi, "imtina biznesi"nin pərdəarxasını və vətəndaşlarımızın qarşılaşdığı mənəvi çətinlikləri təhlil edib.
Azərbaycan qapılarını açır, bəs qarşı tərəf?
Bu gün Azərbaycan daxil olmaqla bir çox ölkələrə dünyanın müxtəlif yerlərindən insanlar nisbətən rahat şəkildə daxil ola bilir. Ölkəmizdə turist vizası sadələşdirilir, elektron viza (ASAN Visa) sistemi tətbiq edilir, bəzi hallarda isə birbaşa hava limanında giriş icazəsi verilir. Lakin eyni sivil münasibət qarşı tərəfdən göstərilmir.
Azərbaycan vətəndaşı Avropaya getmək üçün:
-Uzun sənəd siyahısı toplamalı,
-Bank hesabını və maliyyə vəziyyətini tam açıqlamalı,
-İş yerindən rəsmi arayışlar təqdim etməli,
-Ailə vəziyyətini, daşınmaz əmlakını sübut etməli,
-Bəzən hətta şəxsi həyatını belə konsulluqlar qarşısında “sübut predmetinə” çevirməlidir.
Problemin ən ağrılı tərəfi isə budur:
Bütün bu maddi və mənəvi əziyyətlərdən sonra belə, vətəndaşa heç bir əsaslandırılmış səbəb göstərilmədən viza rəddi verilə bilir.
Hüquqşünas Ellada Bayramov bildirir ki, beynəlxalq hüquqa görə hər bir dövlət öz sərhədlərinə kimin daxil olub-olmamasını müəyyən etmək hüququna malikdir. Bu, dövlət suverenliyinin əsas elementidir. Yəni hüquqi baxımdan Fransa, Almaniya və ya digər Avropa dövlətlərinin “kimə viza verib-verməmək” məsələsində geniş səlahiyyətləri mövcuddur.
“Lakin bu o demək deyil ki, dövlət müraciət edən şəxslərlə qeyri-şəffaf və ya ayrı-seçkilik xarakterli davranmalıdır”, — deyə o qeyd edir. Çünki burada artıq başqa beynəlxalq hüquqi prinsiplər işə düşür:
1. İnsan ləyaqətinə hörmət
2. Ayrı-seçkiliyin yolverilməzliyi
3. Hüquqi müəyyənlik və şəffaf inzibati prosedur
4. Əsaslandırılmış qərar vermək öhdəliyi.
Xüsusilə də Avropa Şurası və Avropa İnsan Hüquqları sisteminə daxil olan dövlətlər üçün bu prinsiplər formal xarakter daşımamalıdır.
Hüquqşünasın sözlərinə görə, insanların narazılığı çox vaxt vizanın özündən yox, onlara qarşı sərgilənən subyektiv yanaşmadan qaynaqlanır. Proses bir çox hallarda insanı psixoloji olaraq incidir:
“Vətəndaş əvvəlcədən “potensial qanunsuz miqrant” kimi qiymətləndirilir.
Ölkəsindən qaçmayacağını sübut etməyə məcbur qoyulur. Həm də, maliyyə və təhlükəsizlik baxımından "təhlükə" olmadığını iddia etməli olur”.
Bu yanaşma insanlarda ikinci kateqoriyalı vətəndaş hissi yaradır. Xüsusilə türk və müsəlman ölkələrindən olan insanlara münasibətdə bəzən rəsmi sənədlərdə “risk analizi” adlandırılan, lakin praktikada qeyri-bərabər münasibət kimi qəbul edilən bir atmosfer formalaşır.
Praktikada elə hallar olur ki, şəxs əvvəllər dəfələrlə Avropaya gedib-qayıdıb, heç bir qanun pozuntusu etməyib, sənədləri qaydasındadır, lakin yenə də rədd cavabı alır. Bu zaman problem hüquqi yox, inzibati-subyektiv qiymətləndirmə müstəvisinə keçir və konsulluqların geniş səlahiyyətləri səbəbindən bu qərarları dəyişdirmək çox çətin olur.
Avropa ölkələri bu məsələdə niyə bu qədər sərtdir?
Hüquqşünas bu sərt siyasətin arxasında dayanan əsas real səbəbləri belə qruplaşdırır:
“Avropa dövlətləri uzun illərdir qanunsuz miqrasiya problemi ilə üzləşdikləri üçün bəzi ölkələrin vətəndaşlarına daha sərt nəzarət tətbiq edirlər. Viza siyasətində iqtisadi göstəricilər böyük rol oynayır. Güclü iqtisadiyyata sahib ölkələrin vətəndaşlarına daha çox etimad göstərilir. Viza rejimi çox vaxt diplomatik münasibətlərin güzgüsüdür. Güclü pasport həm də güclü diplomatiya deməkdir.
Terrorizm və sərhəd təhlükəsizliyi məsələləri səbəbindən nəzarət sistemləri xeyli sərtləşdirilib”.
Vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır?
Hüquqşünas Ellada Bayramov vurğulayır ki, pasportun gücü ilk növbədə dövlətin gücü və beynəlxalq nüfuzu ilə bağlıdır. Bu vəziyyəti dəyişmək üçün aşağıdakı addımlar aktualdır:
“Beynəlxalq münasibətlərdə geniş yayılmış bu praktikaya əsasən, dövlətlər qarşı tərəfin onların vətəndaşlarına tətbiq etdiyi rejimi eynilə cavab addımı kimi tətbiq edə bilərlər. Azərbaycan da diplomatik danışıqlarda bu prinsipdən daha fəal istifadə edə bilər. Viza rəddlərinə qarşı daha effektiv apellyasiya mexanizmlərinin yaradılması, əsaslandırılmış qərar öhdəliyinin tələb edilməsi və diskriminasiya monitorinqi təşkil oluna bilər. Türk dövlətləri və regional birliklər vasitəsilə viza rejimlərinin yumşaldılması üçün kollektiv diplomatik addımların atılması mümkündür”.
Çimnaz Telmanqızı
19:23 / 05 İyul 2026
1
19:19 / 05 İyul 2026
34
19:02 / 05 İyul 2026
41
18:17 / 05 İyul 2026
51
10:22 / 05 İyul 2026
2844
00:08 / 05 İyul 2026
191
23:57 / 04 İyul 2026
188
23:37 / 04 İyul 2026
372
23:10 / 04 İyul 2026
352
22:47 / 04 İyul 2026
420
22:19 / 04 İyul 2026
266
22:10 / 04 İyul 2026
332
21:13 / 04 İyul 2026
222
20:57 / 04 İyul 2026
388
20:28 / 04 İyul 2026
281
20:11 / 04 İyul 2026
239
19:57 / 04 İyul 2026
189
19:50 / 04 İyul 2026
243
19:17 / 04 İyul 2026
254
19:01 / 04 İyul 2026
175
18:43 / 04 İyul 2026
230
18:29 / 04 İyul 2026
383
18:18 / 04 İyul 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.