SOCAR-da yeni TƏYİNAT
11 Noyabr 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
648
25.05.2026, 19:52
Xəbər verdiyimiz kimi, sabah Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçkiləri keçiriləcək.
Oxu24.com xəbər verir ki,Manset.az-ın əldə etdiyi məlumata görə, bu günlərdə ittifaqda böyük qalmaqal yaranıb. Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra ittifaqın sədr vəzifəsini faktiki olaraq mənimsədiyi və ittifaqın möhürünü qanunsuz şəkildə saxladığı iddia edilən Əli İsa Cabbarov qanunsuz olaraq sədr olmaq istəyir. O, sabah dəvət edilmiş namizədlər arasına ittifaq üzvü olmayan şəxsləri cəlb edərək səs çoxluğuna nail olmaq və özünü qalib elan etmək niyyətindədir.
Azərbaycanın bir sıra tanınmış kino xadimləri buna etiraz edərək seçkinin tam qanuni və şəffaf keçirilməsini tələb ediblər. İttifaq sədrinin birinci müavini, Xalq artisti Şəfiqə Məmmədovanın isə özünü ittifaqın icraçı katibi adlandıran şəxs (Əli İsa Cabbarov) və ittifaqın digər üzvləri (havadarları) tərəfindən qeyri-legitim vəziyyətə salındığı bildirilir.
Bu isə tamamilə qanuna ziddir. Bundan əlavə, ittifaqlar birləşdiyi zaman təxminən 260-a yaxın üzv var idi. Kinematoqrafçılar İttifaqının katibliyinin iclasları son iki il ərzində keçirilmədiyi, qəbul komissiyası formalaşdırılmadığı halda, necə ola bilər ki, üzvlərin sayı 460-a çatdırılıb? Açıq-aydın görünür ki, ittifaqın üzvlərinin sayı süni şəkildə artırılaraq seçkiyə gedilməsi və orada Əli İsa Cabbarovun xeyrinə səs toplanması niyyəti olub
Əldə etdiyimiz digər məlumata görə, baş verən proseslər fonunda hazırda Hesablama Palatasının İttifaqda yoxlamalara başladığı, zəruri sənədlərin və ittifaqın möhürünün Əli İsa Cabbarovdan geri alındığı bildirilir.
13:33 / 11 Noyabr 2026
1
13:27 / 11 Noyabr 2026
16
13:19 / 11 Noyabr 2026
41
13:13 / 11 Noyabr 2026
44
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
98
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
133
12:35 / 11 Noyabr 2026
192
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
83
12:24 / 11 Noyabr 2026
544
12:19 / 11 Noyabr 2026
406
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
615
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
198
11:43 / 11 Noyabr 2026
1213
11:34 / 11 Noyabr 2026
123
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
174
11:16 / 11 Noyabr 2026
345
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.