Qaynar xətt:

(+99450) 247 90 86

Bir şəklin tarixçəsi: Allahşükür Paşazadə Türkiyənin birinci XANIMI İLƏ... 

Bir şəklin tarixçəsi: Allahşükür Paşazadə Türkiyənin birinci XANIMI İLƏ... 

MARAQLI

636

11.05.2026, 12:18

1990-cı ilin payızı… Sovet imperiyasının sütunları laxlayır, Bakı isə tarixin ən gərgin və ən həlledici günlərini yaşayırdı. Tarixin sərt dönüş nöqtəsində olan şəhərin küçələrində siyasi gərginlik, insanların qəlbində isə həm nigaranlıq, həm də gələcəyə böyük ümid vardı. Artıq Azərbaycanın müstəqilliyinin bərpasından söhbət gedir, bəzi yerlərdə “Azadlıq!” şüarları səslənirdi.

Belə bir mürəkkəb zamanda Türkiyənin o vaxtkı Prezidenti Turqut Özalın həyat yoldaşı Semra Özal Bakıya qonaq gəlmişdi. Onu hava limanında Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarova və Prezident Ayaz Mütəllibovun həyat yoldaşı Adilə Mütəllibova qarşılamışdı.

Oxu24.com xəbər verir  ki,Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim edtiyi bu foto “Anadolu” Agentliyinin arxivindəndir.

Zaman 23 iyun 1990-cı il... Məkan Bakı şəhəri...

Azərbaycana ilk dəfə səfər edən Türkiyə Prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özal Bakıda müxtəlif görüşlər keçirib. O, Azərbaycan paytaxtına Türk Qadınını Gücləndirmə və Tanıtma Vəqfinin başqanı olaraq gəlib. Səfər isə Azərbaycan Qadınlar Cəmiyyətinin dəvətilə baş tutub. 

Bu foto həmin səfərin yadda qalan anlarından birini əks etdirir.

Səfər çərçivəsində Səmra Özal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə də görüşür.

Şəkildə: soldan sağa - Allahşükür Paşazadə, Səmra Özal və Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Zemfira Verdiyevadır.

O illərdə Türkiyədən gələn hər isti münasibət Azərbaycanda xüsusi duyğular oyadır, qardaş nəfəsi kimi qarşılanırdı. Bu həm də “yanınızdayıq!” mesajı demək idi. Hələ müstəqilliyini rəsmən qazanmamış Azərbaycan üçün qardaş Türkiyənin diqqəti xalqın yaddaşında ümid işığı kimi qalırdı.

Səmra Özalın Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyilə baş tutan görüşü də xüsusi əhəmiyyət daşıyırdı. Çünki o dövrdə din, milli kimlik və dövlətçilik anlayışları yenidən formalaşırdı.

Fotoda diqqət çəkən məqamlar var: bir dövrün siyasi ab-havası, diplomatik jestlər, mənəvi yaxınlıq...

Rəsmi protokol çərçivəsində çəkilmiş şəkil olsa da, üzlərdə hiss olunan təmkinin arxasında böyük bir tarixi gərginlik dayanır. Çünki həmin ilin Bakısı artıq əvvəlki Bakı deyildi. Ölkə yeni bir dövrə qədəm qoyurdu.

Şəkildə diqqət çəkən məqamlardan biri də milli-mənəvi çalarların aydın hiss olunmasıdır. Baş örtükləri, geyim üslubu, insanların baxışları - bütün bunlar 90-cı illərin əvvəlinə xas olan ictimai ruhu əks etdirir.

Səmra Özalın Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü təsadüfi deyildi. O dövrdə din xadimləri cəmiyyət üçün həm də mənəvi dayaq hesab olunurdu.

Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub 

20:23 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub 

53

0
İstintaq orqanı hər kəsi məcburi qaydada apara bilərmi? – Vəkildən AÇIQLAMA  

20:20 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

İstintaq orqanı hər kəsi məcburi qaydada apara bilərmi? – Vəkildən AÇIQLAMA  

55

0
Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?  

20:10 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?  

68

0
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər 

20:05 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər 

60

0
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 

20:03 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 

67

0
Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır 

18:50 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır 

75

0
Azərbaycanda istirahət mərkəzində FACİƏ-ÖLƏNLƏR VAR 

18:44 / 08 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda istirahət mərkəzində FACİƏ-ÖLƏNLƏR VAR 

731

1
Sentyabrda pensiya gözləyənlərə xəbər var

18:22 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sentyabrda pensiya gözləyənlərə xəbər var

869

0
Parkinson xəstəliyini illər əvvəl bir damcı göz yaşı ilə müəyyən etmək mümkündür?   

18:16 / 08 Sentyabr 2026

TİBB TİBB

Parkinson xəstəliyini illər əvvəl bir damcı göz yaşı ilə müəyyən etmək mümkündür?   

80

0
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib 

18:15 / 08 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib 

107

0
Telefon nömrəsini başqasına ötürmək cinayətdirmi? – Vəkildən XƏBƏRDARLIQ  

18:11 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Telefon nömrəsini başqasına ötürmək cinayətdirmi? – Vəkildən XƏBƏRDARLIQ  

67

0
Nazirlər Kabineti bu barədə qərar verib

18:09 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabineti bu barədə qərar verib

64

0