Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
16 Mart 2026, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1424
14.01.2026, 16:40
Bu gün əvvəlki günlərə nisbətdə daha soyuqdur. Milli Hidrometeorologiya Xidməti bayaq məlumat yaydı ki, hələ bu harasıdır, soyuq hava sabah olacaq. Yəni, sabah - yanvarın 15-də havanın fasilələrlə yağıntılı keçəcəyi, qar yağacağı gözlənilir.
Belə məlum olur ki, soyuq daha sər olacaq və tez-tez rastlaşdığımız soyuqdəymə, boğaz, burun, qulaq və digər havayla təmasda olan orqanlarımızın ağrılarını dərindən hiss etməyə başlayacağıq. Onda neynəmək lazımdır? Nənələrimizdən qalmış bəzi “isitici” üsullardan istifadə etmək lazımdır. Qış aylarında sulu yeməklər nənələrimizin bizə tövsiyyə etdiyi ən “isitici” üsuldur.
Nənələrimiz həkim , klinika, xəstəxana olmamışdan əvvəllər onu da fikirləşiblər ki, sulu xörəklər mədə-bağırsaq sisteminizi möhkəmləndirir, həm də qrip, boğaz ağrısı və digər xəstəliklərdən qoruyur.
Bakı mətbəxinə məxsus olan xəmir xörəklərindən biri də düşbərədir. O, xəstəlikdən qoruyan yeməklər sırasındadır. Qışın sevimli yeməyi bu sulu yemək xəstəliklərlə mübarizə üçün mükəmməl çarədir.
Bəli, bu gün menyumuzda düşbərə var
İçlik üçün 350 qram yağlı qoyun əti, 1 orta boy soğan, 1 dolu çay qaş duz, 1/2 çay qaşığı istiot, Xəmiri üçün: 1 dolu stəkan un, yarım çay qaş duz, 1 yumurta, 50 qram su götürülür. Hazırlanma qaydasına gəldikdə isə əti yuyub, suyunun çəkilməsini gözləyirik, sonra doğrayıb ət maşınından keçiririk. Daha sonra soğanı xırda doğrayıb, ətə əlavə edirik. Sonra duz töküb əti yoğururuq. Ətin sümüklü hissəsini isə qazana qoyub bulyon hazırlayırıq. Ət qaynadıqda üzərindəki köpükləri yığıb, içərisinə soğanın yarısını əlavə edirik. Sonra stəkana zəfəran əlavə edib dəmləməyə qoyuruq.
Digər qabda xəmiri hazırlamaq üçün un, duz, yumurta və su əlavə edirik. Sonra xəmir yoğururuq və üzərini örtüb kənarda saxlayırıq. Xəmir bir az kənarda durduqdan sonra kündələrə ayırırıq və oxlov ilə açırıq. Sonra kubik formasında kəsirik. Kəsdiyimiz xəmirin içərisinə ət qoyub hər tərəfini birləşdirik. Sonra iki tərəfi aşağı doğru birləşdiririk .
Daha sonra düşbərələri blyonun suyuna əlavə edib, üzərinə zəfəranı töküb bişiririk. Düşbərə bişdikdən sonra üzərinə göyərti əlavə edib servis edirik.

Qaşıqxəngəli
Acı “təcrübələr”imdən bilirəm ki, qışın ən sevilən duru xörəklərindən biri qaşıqxəngəlidir. İndi bəzi xəngəlbazlar etiraz edib deyəcək ki, qışın ən gözəl xörəyi yarpaq xəngəldir. Mən sizin kimi etiraz etmirəm, hətta təsdiqləyirəm və sonra da qeyd edirəm ki, xəstələnəndə, burun boğa tutulanda, gözlərdən yaş süzüləndə qaşıqxəngəli əsl məcun olur. Deməli, qaşıqxəngəlinin bişirilməsi üçün soğan qovurursunuz və soğançanın içərisinə qaynayan su əlavə edirsiniz, lap varsa, istənilən (qoyun, mal, toyuq) ətin bulyonunu da tökə bilərsiniz. Daha sonra nazik yayılmış xəmiri barmağınızın sədəfi boyda xırda romb şəklində hissələrə bölürsünüz və onu da qazana əlavə edirsiniz. Zövqə görə sarıkök, duz , istiot vurub süfrəyə gətirirsiniz. Süfrədə də üzərinə sarımsaq-qatıq əlavə edib taxta qaşıqla yeyirsiniz. Yeməyi bitirən kimi güclü tərləmə başlayır və canınızdakı xəstəliyi canınızdan qovub çıxardır. Rayon camaatının , xüsusən qarabağlıların sevimli qış yeməyi olan “qaşıqxəngəli”ndən danışıb, Bakı əhlinin sulu yeməyi olan düşbərədən danışmamaq günah olar.
Qaynanam, bakılı Yaxşıxanım Məmmədovanın düşbərə reseptini sizə təqdim edirəm: Bu sulu yeməkdə dövriyyəyə yağlı qoyun əti girir:” Deməli içlik üçün 350 qram yağlı qoyun əti, 1 orta boy soğan, 1 dolu çay qaş duz, 1/2 çay qaşığı istiot götürülür. Xəmiri üçün: 1 dolu stəkan un, yarım çay qaşığı duz, 1 yumurta, 50 qram su götürülür. Hazırlanma qaydasına gəldikdə isə əti yuyub, suyunun çəkilməsini gözləyirik, sonra doğrayıb ət maşınından keçiririk. Daha sonra soğanı xırda doğrayıb, ətə əlavə edirik. Sonra duz töküb əti yoğururuq. Ətin sümüklü hissəsini isə qazana qoyub bulyon hazırlayırıq. Ət qaynadıqda üzərindəki köpükləri yığıb, içərisinə soğanın yarısını əlavə edirik. Sonra stəkana zəfəran əlavə edib dəmləməyə qoyuruq.
Digər qabda xəmiri hazırlamaq üçün un, duz, yumurta və su əlavə edirik. Sonra xəmir yoğururuq və üzərini örtüb kənarda saxlayırıq. Xəmir bir az kənarda durduqdan sonra kündələrə ayırırıq və oxlov ilə açırıq. Sonra kubik formasında kəsirik. Kəsdiyimiz xəmirin içərisinə ət qoyub hər tərəfini birləşdirik. Sonra iki tərəfi aşağı doğru birləşdiririk .
Daha sonra düşbərələri bulyonun suyunu əlavə edib, üzərinə zəfəranı töküb bişiririk. Düşbərə bişdikdən sonra üzərinə göyərti əlavə edib servis edirik.
Hə, bakılıarın düşbərəsi başqalarından xırda olması ilə seçilir.
Sonda vurğunu olduğum “Gürzə”dəndə 1-2 cümlə deyim, söhbəti bağlayaq:Bizlərdə belə bir qarğış vardı, səni ilanlar yesin, yaxud səni gürzə yesin. Hesab edirəm, nənələrimiz bu qarğışı yüngülləşdirmək üçün bu dadlı yeməyə “Gürzə” adı qoyublar. Yoxsa ki, bu adla, bu xörəyinheç bir əlaqəsini tapa bilənə eşq olsun.
Deməli, Gürzə xəmir və döyülmüş ətdən hazırlanır. Gürzə bişirmək üçün qoyun qiyməsinə soğan, duz və istiot qatılıb qovrulur, xəmirə bükülüb qaynar suya tökülür. Süzülüb boşqablara çəkilən gürzənin üstünə darçın səpir, sarımsaqlı-nanəli qatıqla yeyirlər.Kefin istər sulu -selli ye, kefin istəməz elə susuz ye!
Di, nuş edin!
Əntiqə Rəşid
12:55 / 16 Mart 2026
16
12:52 / 16 Mart 2026
20
12:48 / 16 Mart 2026
51
12:35 / 16 Mart 2026
563
12:33 / 16 Mart 2026
40
12:31 / 16 Mart 2026
62
12:25 / 16 Mart 2026
116
12:14 / 16 Mart 2026
122
12:08 / 16 Mart 2026
863
12:04 / 16 Mart 2026
67
11:54 / 16 Mart 2026
50
11:48 / 16 Mart 2026
42
11:40 / 16 Mart 2026
41
11:38 / 16 Mart 2026
538
11:30 / 16 Mart 2026
72
11:25 / 16 Mart 2026
990
11:21 / 16 Mart 2026
196
11:16 / 16 Mart 2026
121
11:13 / 16 Mart 2026
79
11:06 / 16 Mart 2026
67
10:59 / 16 Mart 2026
80
10:52 / 16 Mart 2026
53
10:50 / 16 Mart 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.