Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
11 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1790
13.05.2026, 00:02
Diplomatik xidmət orqanı müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda xidmətinə xitam veriləcək.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Diplomatik xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ona öz seçimi ilə diplomatik xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.
Diplomatik xidmətə vəfat etmə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilmə ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
21:45 / 11 Noyabr 2026
25
21:14 / 11 Noyabr 2026
168
21:08 / 11 Noyabr 2026
266
21:05 / 11 Noyabr 2026
95
20:58 / 11 Noyabr 2026
97
20:49 / 11 Noyabr 2026
497
20:47 / 11 Noyabr 2026
85
20:28 / 11 Noyabr 2026
93
20:22 / 11 Noyabr 2026
116
20:19 / 11 Noyabr 2026
95
20:08 / 11 Noyabr 2026
96
19:57 / 11 Noyabr 2026
504
19:49 / 11 Noyabr 2026
126
19:43 / 11 Noyabr 2026
111
19:33 / 11 Noyabr 2026
135
19:19 / 11 Noyabr 2026
181
19:07 / 11 Noyabr 2026
124
18:42 / 11 Noyabr 2026
505
18:39 / 11 Noyabr 2026
271
18:35 / 11 Noyabr 2026
196
18:30 / 11 Noyabr 2026
238
18:29 / 11 Noyabr 2026
270
18:23 / 11 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.