Günəşlə istiqaməti necə tapmaq olur? - MARAQLI
20 Avqust 2025, 11:37
Qaynar xətt:
(+99450) 247 90 86Bir gecədə saçları niyə ağarmışdı? - Yaşar Nuri haqda şok faktlar
MARAQLI
2283
01.05.2025, 20:40
Xalq artisti Yaşar Nuri haqda 10 maraqlı faktı təqdim edirik.
Aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. Uşaq vaxtından aktyorluğa meyli varmış. Bunun da bir səbəbi var. Bir dəfə məktəb pəncərəsini sındırıb, direktor deyib ki, get atanı çağır, şüşənin pulunu versin. Atası məktəbə gələndə direktor onu tanıyır və xəcalət çəkir, Yaşarı da bağışlayır.
“Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı”. – sonradan Yaşar Nuri o günləri belə xatırlayacaqdı.
***
12 yaşında “Toy kimindir?” tamaşasına baxmağa gedir. Tamaşaya az qalmış rejissor əsəbiliklə deyir ki, bəs deməzsənmi, Tapdıq rolunu oynayan aktyor xəstələnib. Aktyorlardan biri deyib, Məmmədsadığın oğlu burdadır, tamaşanı da əzbər bilir, neçə dəfə baxıb, bir yoxlayaq onu. Yaşar bu gözlənilməzliyə çox sevinib və rolun öhdəsindən gəlib. İlk dəfə atasıyla bir səhnəni paylaşıb. Həmin tamaşada Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi aktyorlar da vardı...
Tələbə vaxtı artıq populyar idi. Ətrafında qızlar pərvanə kimi dolanırdı. Yaşar isə qızların heç birinə fikir vermirmiş. Anasının sözünü qulağında sırğa edibmiş: “Sənə qızı özüm tapacam”. Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:
- Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.
Yaşar Nuriyə hansı qız “yox” deyə bilərdi ki? Evlənən kimi Dram Teatrına işə dəvət olunur. Peşəkar səhnədə ilk rolu da vampir obrazı olur.
***
Ona ən çox məşhurluq gətirən televiziya tamaşası “Səni axtarıram” olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.
Qızı Kulis.az a müsahibəsində atasının Firəngiz xanımla münasibətinə bu cür reaksiya verib:
“Əgər onların arasında məhəbbət olubsa, yaxud atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu gözəldir”.
Aktyorun həyat yoldaşı Rəhimə xanım isə deyir: “Firəngizlə olan söhbətlər yalan idi. Ola bilərdi ki, Yaşar Firəngizi sevsin. Mən hiss edirdim ki, Yaşar ona meyil edir. "Səni axtarıram" tamaşası çəkiləndə də bir çox məsələlərdə dərinə getmirdim. İndinin özündə də sizə o vaxtlar keçirdiyim hissin adını açıqlaya bilmirəm. Amma qadınam da, müəyyən mənada Yaşarın Firəngizə olan hisslərini duyurdum. Bir-iki dəfə özünə bu haqda deyəndə, Yaşar dedi ki, biz dostuq. Mən də ona demişdim, bəxtin onda gətirib ki, sən ona qarşı biganə deyilsən, amma o sənə qarşı biganədir. Bəlkə də, Firəngizin Yaşara qarşı güclü məhəbbəti olsaydı, evlənərdilər. Amma Firəngiz mənə, dost olduğu insana qarşı heç vaxt elə hərəkət etməzdi. Həm də həmin dövrdə onun da öz daxili aləmi, şəxsi həyatı vardı. Sadəcə olaraq o tamaşadakı rolları ifa edəndən sonra qarşı tərəfdən birinin sevməməsi mümkünsüz idi. Onlar elə ifa edirdilər ki, buna inanmamaq olmurdu. Amma mən Firəngizdən arxayın idim. Başqa qadınlarla bağlı nəsə eşidəndə də mənə toxunmurdu. Yaşarın sənətkarlığı qarşısında qadın söhbətləri mənim üçün cılız məsələlər idi”.
Həmçinin oxuyun
Firəngiz xanım bir dəfə Yaşarın xanımına demişdi ki, iki qızın var, ver birini mən saxlayım. Çox qəribədir, Yaşarın yoldaşı bundan sonra da evliliklərində problem yaratmamışdı.
***
Ən böyük arzusu kuklaların əhatəsində Məşədi İbad obrazını oynamaq olub. Bu tamaşa Kukla teatrında hazırlanır. Əgər səhhəti imkan versəydi, həmin tamaşa festivallarda yüksək uğur qazana bilərdi. Amma təəssüf ki, cəmi üç dəfə Kukla Teatrının səhnəsində çıxış edə bilir. Elə sonuncu tamaşada qızı Ülviyyə dilxor olur. Tamaşa başa çatandan sonra anası ona deyir ki, get, atanla görüş. O, isə yox, getmirəm, mənə elə gəlir ki, bu atamın son çıxışıdır, deyir və ağlayır. Ertəsi gün isə Yaşar Nurinin anidən vəziyyəti pisləşir. Ülviyyə Yaşarın ölümündən üç gün əvvəl də atasına nəsə olacağını hiss etmişdi. Atasının ölümünə son iki gün qalanda o, xəstəxanaya getmir. Dünyasını dəyişəndən sonra isə heç vaxt məzarını ziyarət etmir. Deyir, mən gedib onu daş altında görmək istəmirəm.
***
20 Yanvar hadisələrində Yaşar Nuri çox sarsılır. Bir gecənin içərisində onun saçının bir hissəsi arxa tərəfdən ağarır.
Yeyib-içən biri idi, məclis adamıydı. Bəzən bu içki məsələsi ona problem yaradırdı. Çəkilişlərə gec gedirdi, ona görə çəkiliş dayandırılırdı və s. Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta baba rolunda olarkən içkili vəziyyətdə idi, çəkilişdə problem yaratmışdı, lakin onu sevdikləri üçün bu məsələnin üstü tez də örtülmüşdü. Bir ara şayiə yayılmışdı ki, Yaşar Nuri tez ölmək üçün içkiyə aludə olub. Bu şayiəni aktyorun qızı rədd etmişdi.
***
Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də Yaşar Nuri. Türkiyədən müalicədən qayıdandan sonra üzərindəki sistem şunurlarını qoparıb birbaşa aeroportdan teatra gedib.
Sonuncu yayılan ölüm xəbəri düz çıxdı. 2012-ci ilin noyabrında böyük aktyor dünyasını dəyişir. Ölümü ağlına gətirməsə belə ölümündən üç gün əvvəl qızlarına deyir: Mən öləndən sonra siz neyləyəcəksiniz? (qlobal.net)
20:14 / 20 Avqust 2025
25 yaşlı Tamerlan 5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi - FOTO
77
19:40 / 20 Avqust 2025
Bu ərazilərdə su olmayacaq
84
19:29 / 20 Avqust 2025
Rəqsanədən şikayətçi olan Gündüz Məmmədov DANIŞDI
291
19:21 / 20 Avqust 2025
Hövsanda 31 yaşlı kişi qətlə yetirildi
35
17:44 / 20 Avqust 2025
“Rəqsanə və əri ilə görüşüb şəxsən pul vermişəm” - VİDEO
46
15:12 / 20 Avqust 2025
Vardanyan saxlanılıb
90
15:10 / 20 Avqust 2025
Rusiya Xarici İşlər Nazirliyi fələstinlilərin kollektiv şəkildə cəzalandırılmasına qarşı çıxıb
83
15:09 / 20 Avqust 2025
Rusiya Hindistana neftə endirim etdi
69
15:07 / 20 Avqust 2025
Fransa futbol klubu müflis oldu
62
14:58 / 20 Avqust 2025
İran Belarusla birlikdə Qərbin sanksiyalarına müqavimət göstərməyə hazırdır
68
14:49 / 20 Avqust 2025
ABŞ Trampın Ukraynanı ordusuz tərk edəcəyini istisna etməyib
78
14:36 / 20 Avqust 2025
Avstriyanın xarici işlər naziri Odessaya gəlib
69
14:11 / 20 Avqust 2025
İrandan gedənlər faciə yaşadı: 78 nəfər öldü
368
13:57 / 20 Avqust 2025
Azərbaycandan Rusiya ilə bağlı qərar: İMTİNA EDİLDİ
2578
13:17 / 20 Avqust 2025
Birbank Biznes-də dostluq qazandırır
73
13:05 / 20 Avqust 2025
ABŞ Türkiyə yaxınlığında xüsusi ƏMƏLİYYAT KEÇİRDİ: Tutulan şəxs kimdir?
640
12:45 / 20 Avqust 2025
ABŞ müttəfiqi Rusiya qazının alışını kəskin şəkildə artırır
80
12:36 / 20 Avqust 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
428
12:31 / 20 Avqust 2025
ABŞ Rusiya ilə münaqişənin bitməsini Ukrayna üçün xeyir hesab edib
90
12:23 / 20 Avqust 2025
Rusiyada sinifdə intim video çəkən müəllim həbs olundu
507
12:21 / 20 Avqust 2025
ABŞ müharibə bitdikdən sonra Ukraynaya qanun layihəsi təqdim edəcək
83
12:18 / 20 Avqust 2025
Saakaşvili: "Bu, Rusiyanın ən böyük məğlubiyyətidir və böyük dəyişikliklərə səbəb olacaq..."
91
12:06 / 20 Avqust 2025
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı azaldı-səbəb…
371
11:58 / 20 Avqust 2025
Tramp məzuniyyətə getmək istəmir
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.