Qaynar xətt:

(+99450) 247 90 86

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

KRİMİNAL

495

21.02.2022, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Sosial şəbəkələrdə ötən gün "20 Yanvar" metrostansiyasının yaxınlığında taksi sürücüsünün xanım sərnişinə əxlaqsız təkliflər etməsi barədə məlumat yayılıb. Bildirilib ki, daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

OXU24.COM  xəbər verir ki, məsələ barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Bakıda müştərisi olduğu xanıma qarşı hörmətsizlik edən taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb:

"Həmin avtomobilin sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək". Qafqazinfo.az