Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
04 Noyabr 2026, 19:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1468
21.02.2022, 20:22
Bakıda dünən baş verən dəhşətli qətl hadisəsinin - ana və iki azyaşlı övladının öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Oxu24.com-un APA-ya istinadən məlumatına görə, fevralın 20-də saat 14 radələrində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsindəki kirayədə yaşadıqları evdə qətlə yetirilən Sabirabad rayonunun Ulacalı kənd sakinləri, 39 yaşlı Gülnar Qaraxanova, övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlı bu gün dəfn olunublar.
Dəfn mərasimi Sabirabadın Ulacalı kəndində baş tutub.
Mərhumun ailə üzvləri qətlin təfərrüatını danışıblar. Məlumata görə, ailə başçısı olan Fəsahət Qaraxanov beynəlxalq yükdaşıması ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl anında Rusiyada olub və bu gün səhər Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.
Qətli törədən, əvvəllər Saatlı rayonunun Novruslu kəndindəki doqquz illik məktəbin direktoru olan Əhəd Əliyev mərhum Gülnar Qaraxanovanın bacısının əridir. Məlumatlara görə, ailə başçısının qazancından, ailənin ev almaq üçün pul yığdığından xəbərdar olan Əhəd Əliyev qətli məhz tamah məqsədilə törədib.
Mərhumun bibisi oğlu Şahlar Məlikovun bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına yeddi bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədən şəxsin qıza əlavə beş bıçaq da vurduğu bildirir.
O da məlum olub ki, həbs olunanda Ə.Əliyevin üstündə 20 min manat pul olub. Onun evdən götürdüyü 40 min manatın 20 min manatı isə yoxdur. Bunun da istintaq orqanları tərəfindən araşdırıldığı bildirilir.


19:32 / 04 Noyabr 2026
1
19:29 / 04 Noyabr 2026
30
19:25 / 04 Noyabr 2026
31
19:18 / 04 Noyabr 2026
304
19:17 / 04 Noyabr 2026
29
19:00 / 04 Noyabr 2026
47
18:41 / 04 Noyabr 2026
480
18:41 / 04 Noyabr 2026
71
18:37 / 04 Noyabr 2026
123
18:35 / 04 Noyabr 2026
107
18:35 / 04 Noyabr 2026
2574
18:27 / 04 Noyabr 2026
87
18:21 / 04 Noyabr 2026
90
18:15 / 04 Noyabr 2026
76
18:14 / 04 Noyabr 2026
86
17:40 / 04 Noyabr 2026
99
17:13 / 04 Noyabr 2026
896
17:12 / 04 Noyabr 2026
123
17:02 / 04 Noyabr 2026
259
16:58 / 04 Noyabr 2026
96
16:54 / 04 Noyabr 2026
205
16:49 / 04 Noyabr 2026
103
16:34 / 04 Noyabr 2026
498
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.