Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda taksi sürücüsü həbs edildi

Bakıda taksi sürücüsü həbs edildi

KRİMİNAL

830

06.11.2021, 15:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan taksi sürücüsü saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fuad Rəsulov saxlanılıb. Onun üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti və narkokuryerliklə məşğul olduğunu etiraf edib.

Faktla bağlı F.Rəsulov barəsində Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırmalara başlanılıb. Ondan aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.