Qaynar xətt:

(+99450) 247 90 86

“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı - ANBAAN VİDEO

“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı - ANBAAN VİDEO

KRİMİNAL

1772

02.08.2021, 21:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:

“Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.

O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.

Həmin videonu təqdim edirik: