Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda qadını avtomobil vuraraq öldürüb

Goranboyda qadını avtomobil vuraraq öldürüb

KRİMİNAL

2128

02.08.2021, 11:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyevanı "Nissan" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu sutka ərzində Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən 3-cü hadisədir.

Faktla bağlı araşdırma aparılır.