Arif Abbasov həbs edilib - ŞOK TƏFƏRRÜAT
11 Noyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
635
25.06.2021, 10:49
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisindəki çörək sexlərindən birinə naməlum şəxsin pəncərədən daxil olaraq işçilərin gözü qarşısında kassanı açması və oradan 210 manat pulu açıq şəkildə talayaraq soyğunçuluq etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib. Polis əməkdaşlarının M. Bayramovun ətrafında keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət hadisəsi də aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində yerləşən yaşayış olmayan mənzillərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 1200 manat dəyərində kondisioneri oğurlayıb.
RPİ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Samir Abbasov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə çəkisi 13 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

23:09 / 11 Noyabr 2026
13
23:03 / 11 Noyabr 2026
19
23:01 / 11 Noyabr 2026
53
22:55 / 11 Noyabr 2026
53
22:38 / 11 Noyabr 2026
95
22:31 / 11 Noyabr 2026
74
22:26 / 11 Noyabr 2026
5999
22:22 / 11 Noyabr 2026
81
22:20 / 11 Noyabr 2026
77
22:15 / 11 Noyabr 2026
854
22:11 / 11 Noyabr 2026
82
22:07 / 11 Noyabr 2026
91
22:06 / 11 Noyabr 2026
89
21:59 / 11 Noyabr 2026
129
21:45 / 11 Noyabr 2026
91
21:14 / 11 Noyabr 2026
802
21:08 / 11 Noyabr 2026
442
21:05 / 11 Noyabr 2026
121
20:58 / 11 Noyabr 2026
128
20:49 / 11 Noyabr 2026
610
20:47 / 11 Noyabr 2026
114
20:28 / 11 Noyabr 2026
115
20:22 / 11 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.