Bakıda faciə:Ölən var
13 Noyabr 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1610
23.02.2021, 11:54
Bakıda 10 manata görə mübahisə etdiyi gənci öldürən şəxsə hökm oxunub.
AZXEBER.COM BAKU.TV-yə istinadən xəbər verir ki, 2018-ci il iyulun 19-u saat 15 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi, 21 ünvanında yerləşən metal qəbulu məntəqəsinin qarşısında oranın işçisi, Laçın rayon sakini Qafar Hüseynov (1997-ci il təv.) ürəyindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.
Hadisədən 2 saat sonra cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən Rəsulzadə qəsəbəsində saxlanılıb.
Fakta görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunub.
İstintaqla müəyyən edilib ki, iyulun 19-u saat 15 radələrində Ərəstun Ərəbov A.Mustafayev küçəsi, 21 ünvanında yerləşən metal qəbulu məntəqəsinə gələrək oranın işçisi Qafar Hüseynova 203 kq çəkidə dəmirdən olan metal məmulatlarını, hər kiloqramına görə 15 qəpikdən hesablanmaqla təhvil verib, ondan 30 manat pul alıb.
Saat 20 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə yenidən qayıdаraq məntəqənin rəhbəri Sübhan Niftalıyevdən öyrənib ki, dəmir məmulatlarının 1 kq-nı 20 qəpikdən hesablanmaqla qəbul edirlər.
Bunu bilən Ərəstun Ərəbov Qafar Hüseynovdan həmin gün təhvil verdiyi dəmir məmulatlarının 20 qəpikdən hesablayıb ona əlavə 10 manat verilməsini tələb edib.
Pulu ala bilmədiyindən mübahisə yaranıb. Kənar şəxlər onları araladıqdan sonra o, məntəqənin işçisini öldürmək qərarına gəlib.
Bu məqsədlə Qafarın ünvanına söyüş söyüb, sonuncu küçəyə çıxıb, əlindəki metal boru ilə alın nahiyəsindən xəsarət yetirdiyi anda Ərəstun sağ əlində saxladığı bıçaqla onun ürəyindən güclü zərbə endirib.
Beləliklə də, Hüseynovu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.
Məhkəmə prosesində Ərəstun Ərəbov ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin olunmasını xahiş edib.
Məhəkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün təqdim edilib, odur ki o, qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ərəbov 17 il müddətinə azadlıqdan məhrum olunub.
21:43 / 13 Noyabr 2026
337
21:36 / 13 Noyabr 2026
27
21:29 / 13 Noyabr 2026
46
21:24 / 13 Noyabr 2026
45
21:03 / 13 Noyabr 2026
73
20:58 / 13 Noyabr 2026
77
20:50 / 13 Noyabr 2026
803
20:41 / 13 Noyabr 2026
106
20:37 / 13 Noyabr 2026
85
20:35 / 13 Noyabr 2026
59
20:20 / 13 Noyabr 2026
93
20:09 / 13 Noyabr 2026
291
20:06 / 13 Noyabr 2026
84
20:05 / 13 Noyabr 2026
90
19:58 / 13 Noyabr 2026
286
19:53 / 13 Noyabr 2026
207
19:41 / 13 Noyabr 2026
118
19:38 / 13 Noyabr 2026
704
19:35 / 13 Noyabr 2026
105
19:30 / 13 Noyabr 2026
352
19:28 / 13 Noyabr 2026
175
19:23 / 13 Noyabr 2026
111
19:05 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.