Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub

KRİMİNAL

1540

22.02.2021, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Oxu24.com-a  verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. 

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.