Yeniyetmələr arasında dava:Bıçaqlanan var
09 May 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3977
16.05.2020, 12:35
Ötən gün sosial şəbəkələrdə azyaşlı qızın döyüldüyünə dair videogörüntü paylaşılıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə bir neçə nəfərin azyaşlı qıza hücum edərək, onu döydüyü müşahidə olunur.
Görüntülərdə döyülən qız bir anlıq huşunu itirib. Məsələnin hansı səbəbdən baş verdiyi məlum deyil.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülərin tam və hərtərəfli araşdırıldığını deyib.
O bildirib ki, hadisə mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində qeydə alınıb:
“16 yaşlı Z.Müsayeva naməlum şəxslər tərəfindən xuliqanlıq zəminində döyülüb. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında yayımlanıb. Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri - 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlü Lalə Məmmədova və Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub. Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək, peşman olduqlarını bildiriblər”.
Həmçinin oxuyun
E.Hacıyev faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açıldığını qeyd edib:
“Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.
14:12 / 09 May 2026
1
12:41 / 09 May 2026
45
11:50 / 09 May 2026
90
11:45 / 09 May 2026
71
11:42 / 09 May 2026
361
11:19 / 09 May 2026
73
11:11 / 09 May 2026
140
11:08 / 09 May 2026
78
10:37 / 09 May 2026
989
10:30 / 09 May 2026
93
10:27 / 09 May 2026
69
10:26 / 09 May 2026
61
10:25 / 09 May 2026
63
10:24 / 09 May 2026
62
10:07 / 09 May 2026
92
10:01 / 09 May 2026
73
01:00 / 09 May 2026
139
00:48 / 09 May 2026
385
00:30 / 09 May 2026
436
00:21 / 09 May 2026
397
00:00 / 09 May 2026
152
23:40 / 08 May 2026
145
23:25 / 08 May 2026
3491
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.