Həbib Məmmədov ölmüş halda TAPILDI
17 Fevral 2026, 18:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1379
15.05.2020, 19:05
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.
Həmçinin oxuyun
Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İsitintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

19:24 / 17 Fevral 2026
1
19:21 / 17 Fevral 2026
19
19:11 / 17 Fevral 2026
35
18:56 / 17 Fevral 2026
39
18:46 / 17 Fevral 2026
46
18:44 / 17 Fevral 2026
46
18:36 / 17 Fevral 2026
59
18:26 / 17 Fevral 2026
48
18:13 / 17 Fevral 2026
49
18:00 / 17 Fevral 2026
52
16:49 / 17 Fevral 2026
127
16:44 / 17 Fevral 2026
330
16:32 / 17 Fevral 2026
320
16:15 / 17 Fevral 2026
139
16:02 / 17 Fevral 2026
79
15:54 / 17 Fevral 2026
93
15:44 / 17 Fevral 2026
70
15:09 / 17 Fevral 2026
63
15:04 / 17 Fevral 2026
69
14:52 / 17 Fevral 2026
1005
14:42 / 17 Fevral 2026
161
14:18 / 17 Fevral 2026
608
14:16 / 17 Fevral 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.