Yaşayış binasının girişində kişi meyiti tapıldı
08 May 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
921
14.05.2020, 18:55
Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan Aysel Səlimova və Ayşən Cəfərova bacıları təcavüzə məruz qalmaları barədə rayon prokurorluğuna, eləcə də rayon polis şöbəsinə hər hansı müraciət etməyib və bu barədə araşdırma aparılmayıb.
Həmçinin oxuyun
Araşdırmalarla həmçinin, müəyyən edilib ki, əvvəllər də Laçın rayonunun müxtəlif vəzifəli şəxslərini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onlara böhtan atması və təhqir etməsinə görə Əfqan Sadıqov xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən Cəlilabad rayon məhkəməsinə edilmiş müraciətlər əsasında hər iki cinayət işi hazırda məhkəmə baxışı mərhələsindədir.
Əfqan Sadıqov məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə mütəmadi olaraq həmin şəxslər və ayrı-ayrı yerli dövlət qurumları haqqında qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadır.
Həmçinin qeyd edilməlidir ki, Ayşən Cəfərova və anası Bənövşə Nəcəfova ərizə ilə Laçın rayon Polis Şöbəsinə müraciət edərək Ə.Sadıqovun sosial şəbəkələrdə yaydığı böhtan xarakterli məlumatlarla bağlı barəsində müvafiq tədbirlərin görülməsini xahiş ediblər.
01:00 / 09 May 2026
81
00:48 / 09 May 2026
277
00:30 / 09 May 2026
304
00:21 / 09 May 2026
275
00:00 / 09 May 2026
101
23:40 / 08 May 2026
105
23:25 / 08 May 2026
1110
23:17 / 08 May 2026
275
22:47 / 08 May 2026
219
22:38 / 08 May 2026
115
22:28 / 08 May 2026
282
22:14 / 08 May 2026
128
22:13 / 08 May 2026
89
22:06 / 08 May 2026
87
21:59 / 08 May 2026
85
21:48 / 08 May 2026
1551
21:39 / 08 May 2026
279
21:29 / 08 May 2026
121
21:10 / 08 May 2026
228
20:52 / 08 May 2026
329
20:48 / 08 May 2026
169
20:36 / 08 May 2026
110
20:18 / 08 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.