Yaşayış binasının girişində kişi meyiti tapıldı
08 May 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
928
13.05.2020, 15:15
“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satan şəxs Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin miqyas və keyfiyyət göstəriciləri daha da gücləndirilmiş, sosial siyasətin prioritet istiqamətlərindən biri kimi bu sferada idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.
Bununla yanaşı, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiənin ayrılmaz tərkib hissəsini təşkil edən sosial təminat sistemində sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bil-bilə yalan məlumatlar daxil edib 111 nəfər kənar şəxslərə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub, Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi.
Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə ölkəmizə ekstradisiya olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
01:00 / 09 May 2026
62
00:48 / 09 May 2026
229
00:30 / 09 May 2026
264
00:21 / 09 May 2026
231
00:00 / 09 May 2026
83
23:40 / 08 May 2026
87
23:25 / 08 May 2026
582
23:17 / 08 May 2026
250
22:47 / 08 May 2026
203
22:38 / 08 May 2026
103
22:28 / 08 May 2026
255
22:14 / 08 May 2026
116
22:13 / 08 May 2026
80
22:06 / 08 May 2026
77
21:59 / 08 May 2026
76
21:48 / 08 May 2026
1350
21:39 / 08 May 2026
259
21:29 / 08 May 2026
108
21:10 / 08 May 2026
217
20:52 / 08 May 2026
313
20:48 / 08 May 2026
156
20:36 / 08 May 2026
101
20:18 / 08 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.