Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə 45 yaşlı kişi bıçaqlanıb öldürüldü

Kürdəmirdə 45 yaşlı kişi bıçaqlanıb öldürüldü

KRİMİNAL

1211

12.05.2020, 23:43

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə Atakişili kəndində qeydə alınıb.

Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.