Yaşayış binasının girişində kişi meyiti tapıldı
08 May 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1336
12.05.2020, 17:01
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial siyasət kimi strateji sferada idarəetmənin təkmilləşdirilməsi, əlçatanlıq və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunmuşdur.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən sosial təminat sistemində əhalinin daha həssas təbəqəsinin sosial-iqtisadi mənafelərinin müdafiəsinin gücləndirilməsi sahəsində korrupsiya hüquqpozmalarına və sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmış 2019-cu il üzrə hesabatında göstərildiyi kimi bu istiqamətdə ardıcıl və kəsərli tədbirlər görülməklə cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunmuşdur.
Qeyd edilən materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanmış, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülmüşdür.
Həmçinin oxuyun
Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilmiş, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Məhkəməyə göndərilmiş cinayət işlərindən 2-i üzrə 4 şəxs barəsində ittiham hökmü çıxarılmış, 6 cinayət işi hazırda məhkəmələrin icraatındadır. Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.