Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

KRİMİNAL

1003

12.05.2020, 10:56

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Oxu24.com  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib.

O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.