Yaşayış binasının girişində kişi meyiti tapıldı
08 May 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1249
11.05.2020, 21:47
36 yaşlı qadın həyat yoldaşı tərəfindən övladları ilə birlikdə işgəncələrə məruz qalıb. Bir neçə dəfə həbsdə olan həyat yoldaşı onu zəncirə vurub, övladları ilə şantaj edib. Zorakılıq qurbanı olan qadın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.
Əzabın izləri təkcə bədənində deyil. Ruhu zülüm görüb bu qadının. Baxışları sönüb, gülməyi unudub. 36 yaşında iki övladı ilə sanki cəhənnəmi görüb qayıdıb. Qoşulub qaçdığı həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb. Döyülüb, söyülüb, hətta həyətdəki itin yerinə zəncirə vurulub. Dözüb... Səbəbini özü də bilmir. Niyə döyüldüyünü bilmədiyi kimi...
O, qızını dünyaya gətirmək istəməyib. Amma valideynləri ona mane olublar. "Övladı Allah verib, ona toxunma" deyərək bütün müalicələrini üzərlərinə götürüblər. Həyat yoldaşı həbsdə olanda səkkiz il arxasınca həbsxanaya gedib gəlib, uşaqlarını böyüdüb. Və ümid edib ki, yoldaşı həbsdən qayıdanda hər şey düzələcək. Çünki həyat yoldaşı ona söz verib...
Bir axşam uşaqlarından biri əgər o evdən getməsələr özünü həyətdəki quyuya atıb öldürəcəyini deyir. İşgəncə də elə həmin axşam başa çatır. 102 qaynar xəttinə edilən zənglə xanımı polis əməkdaşları evdən çıxarıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.
Həmçinin oxuyun
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.