Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30829
az

Bakıda özündən kiçik sevgilisini bıçaqlayan qadın: “Mənə dedi ki...”

22:0509 May, 2020
753
KRİMİNAL
  • A

Bakının Xəzər rayonunda sevgilisini bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Lalə Mustafayevanın barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Lalə Mustafayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaqa ifadə verən Şüvəlan qəsəbə sakini Lalə Mustafayeva törətdiyi əməli etiraf edib. O, bildirib ki, sevgilisi olan Xalid İsümayılovu qısqanclıq zəminində bıçaqlayıb.

Onun sözlərinə görə, Xalidlə bir müddət əvvəl sevgli olublar. Hadisə baş verən günü görüşə gələn Xalid ondan ayırlmaq istədiyini söyləyib. Bildirib ki, nişanlanıb, yaxın vaxtlarda toyu olacaq.

Bu səbəbdən Xalid İsmayılov Lalə Mustafayeva ilə münasibəti kəsmək istədiyini deyib. Xalid İsmayılovun ayrılmaq istəyi Lalə Mustafayevanı qəzəbləndirib. Qadın bıçağa əl atıb.

İttihama görə, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Xalid İsmayılov 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində Lalə Mustafayeva Xalid İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım gösətirildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lalə Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, Binə qəsəbəsində yaşayan Xalid İsmayılov Şüvəlan sakini Lalə Mustafayeva ilə sosial şəbəkədə tanış olubmuş.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusarda narkotik bitkilər məhv edilib
Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib