IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA
16 Fevral 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
597
09.05.2020, 09:59
Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, mayın 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunu Qarakazımlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edilib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülüb.
D. Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Həmçinin oxuyun
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərazisində saxlanılıb. Saxlanılmış şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
18:19 / 16 Fevral 2026
1
18:19 / 16 Fevral 2026
14
17:59 / 16 Fevral 2026
107
17:55 / 16 Fevral 2026
62
17:49 / 16 Fevral 2026
28
17:45 / 16 Fevral 2026
22
17:37 / 16 Fevral 2026
394
17:31 / 16 Fevral 2026
54
17:26 / 16 Fevral 2026
46
17:26 / 16 Fevral 2026
42
17:20 / 16 Fevral 2026
118
17:16 / 16 Fevral 2026
55
17:13 / 16 Fevral 2026
63
16:56 / 16 Fevral 2026
56
16:49 / 16 Fevral 2026
455
16:25 / 16 Fevral 2026
54
16:18 / 16 Fevral 2026
595
16:00 / 16 Fevral 2026
82
15:30 / 16 Fevral 2026
61
15:26 / 16 Fevral 2026
53
14:33 / 16 Fevral 2026
112
14:26 / 16 Fevral 2026
73
14:06 / 16 Fevral 2026
467
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.