15 yaşlı bacısının nişanlısını bıçaqlan qardaşa hökm oxunub
07 İyul 2026, 16:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
93
07.07.2026, 17:18
2012-ci ildə Rusiyada törədilmiş qətl və qətlə cəhd hadisəsi ilə bağlı uzun illər davam edən istintaq yekunlaşıb. İllərlə axtarışda olan təqsirləndirilən şəxs saxlanılıb və cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Musavat.com xəbər verir ki, 2012-ci il dekabrın 24-də Rusiyada Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər istintaq şöbəsində cinayət işi başlanılıb.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, istintaq zamanı toplanmış sübutlar əsasında 2013-cü il fevralın 21-də 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayıl-Nəcat Elgün Nazir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun istintaqdan yayındığı müəyyən edildiyindən barəsində axtarış elan edilib. 2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə Azərbaycana göndərilməsi barədə qərar qəbul olunub. İş Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilib.
Gəncə şəhər prokurorluğunda aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxsin axtarışı davam etdirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıl-Nəcat Elgün Nazir oğlu 2026-cı il fevralın 7-də saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, İsmayıl-Nəcat Elgün Nazir oğlu aralarında yaranmış mübahisəyə görə qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti ilə onun işlədiyi avtomobil təmiri servisinin qarşısında deşici-kəsici alətlə müxtəlif xəsarətlər yetirib.
Bildirilir ki, hadisə zamanı Səxavət Qurbanovu müdafiə etmək və ictimai borcunu yerinə yetirmək məqsədilə münaqişəyə müdaxilə edən Ələs Süleymanov isə xuliqanlıq niyyəti ilə qətlə yetirilib. Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 29,120.2.10 (təkrar qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib. İbtidai istintaq tamamlanıb və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu cinayət işi 13 ildən artıq müddətdə aparılan beynəlxalq hüquqi əməkdaşlıq və istintaq tədbirlərindən sonra məhkəmə mərhələsinə çatdırılıb.
19:22 / 07 İyul 2026
20
18:58 / 07 İyul 2026
51
18:26 / 07 İyul 2026
67
18:11 / 07 İyul 2026
64
17:55 / 07 İyul 2026
74
17:55 / 07 İyul 2026
71
17:40 / 07 İyul 2026
68
17:38 / 07 İyul 2026
71
17:30 / 07 İyul 2026
75
17:22 / 07 İyul 2026
79
17:11 / 07 İyul 2026
79
17:05 / 07 İyul 2026
94
17:04 / 07 İyul 2026
83
16:47 / 07 İyul 2026
90
16:35 / 07 İyul 2026
93
16:19 / 07 İyul 2026
109
16:13 / 07 İyul 2026
89
16:09 / 07 İyul 2026
98
16:01 / 07 İyul 2026
93
15:58 / 07 İyul 2026
105
15:43 / 07 İyul 2026
87
15:42 / 07 İyul 2026
108
15:36 / 07 İyul 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.